AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

  12

Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsinin Badamdar şosesi ilə Oksford məktəbi arasında yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkəti dekabrın 5-dən 6-na keçən gecədən etibarən qısamüddətlik məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Demokratikmusavat.com-a verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Bu üzdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyə olunur. AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Demokratikmusavat.com

Xəbər Lenti