AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Medvedev: "Rusiya “Youtube”a qadağa qoymayacaq"

  12

Rusiyanın Baş naziri Dmitri Medvedev tanınmış rusiyalı bloqer və jurnalist Anastasiya İvleyavanın sualını cavablandırarkən qeyd edib ki, Rusiya dövləti "Youtube" sosial şəbəkəsinə qarşı məhdudiyyət qoymaq fikrində deyil. 

Demokratikmusavat.com oxu.az-a istinadən xəbər verir ki, D.Medvedev bildirib ki, "Youtube"un siyasəti dəyişir:

"Bu, bizdən asılı olan məsələ deyil, "Youtube" öz siyasətini sərtləşdirir".

Baş nazirin sözlərinə görə, Rusiyada internet bütün dünyada olduğu kimi, yüksələn xətlə inkişaf edir. 

Medvedev vəd verib ki, "Youtube" bağlanmayacaq, rəsmilərin isə heç bir zaman belə niyyətləri olmayıb.

Demokratikmusavat.com

Xəbər Lenti