AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Fransada genişmiqyaslı tətil keçirilir - Nəqliyyat sistemi iflic oldu

  12

Fransada həmkarlar təşkilatları ölkə ərazisində genişmiqyaslı tətil keçirir.

Demokratikmusavat.com Trend-ə istinadən xəbər verir ki, tətil ölkə prezidenti Emmanuel Makronun təklif etdiyi pensiya islahatları ilə əlaqədardır.

Yeni qaydalara əsasən pensiya yaşının artırılması, daha tez pensiyaya çıxanların az pensiya alması təklif olunur.

Ümumölkə tətili nəticəsində nəqliyyat sisteminin işində ləngimələr yaranıb.

Sürət qatarları və şəhərlərarası qatar reyslərinin 90 faizi təxirə salınıb.

Paytaxt Parisdə şəhər metrosunun 16 xəttindən yalnız 5-i işləyir.

"Air France" aviaşirkəti daxili uçuşların 30 faizini, eləcə də qısaməsafəli xarici uçuşların 30 faizini ləğv edib.

Demokratikmusavat.com

Xəbər Lenti