AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Cütlük bir gün fərqlə həyatla vidalaşdı

  12

68 il ailəli olan ər və arvad bir gün fərq ilə vəfat ediblər.

Demokratikmusavat.com oxu.az-a istinadən verir ki, Robin və Korin Conson nikaha daxil olandan sonra Norsland yaxınlığında yerləşən fermaların birində məskunlaşaraq qarğıdalı, soya və buğda yetişdirməklə məşğul olublar. 

Evlilik illərində cütlüyün yeddi övladı dünyaya gəlib. Robin və Korinin 14 nəvəsi, 15 nəticəsi var. Ailə inanclı olub, mütəmadi olaraq kilsədə ibadət ediblər. 

Bir neçə ay əvvəl ər və arvadın səhhətində geriləmə müşahidə olunub. Xəstəxanaya müraciət edən ailənin kişi üzvünə onkoloji, qadına isə ürək çatışmazlığı diaqnozu qoyulub. İlk olaraq, 87 yaşlı qadın, səhəri gün isə 88 yaşlı kişi həyatla vidalaşmalı olub.  

Demokratikmusavat.com

Xəbər Lenti