AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Milli Məclisə növbədənkənar seçkilərin VAXTI bilindi - SƏRƏNCAM

  11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717 VQR nömrəli Qərarını və "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 4 dekabr tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.

2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edilsin.

Demokratikmusavat.com

Xəbər Lenti