AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım onun başlıca fəsadlarının aradan qaldırılması olmalıdır"

  11

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında birinci addım onun başlıca fəsadlarının aradan qaldırılması olmalıdır.

Demokratikmusavat.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Slovakiyada ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında deyib.

Nazir ötən gün ATƏT Minsk qrupu həmsədrlərinin iştirakı ilə baş tutmuş ermənistanlı həmkarı ilə görüşü barədə danışıb:

"Dünən görüşümüz təxminən üç saat yarım davam edib. Bu, kifayət qədər sərt danışıqlar oldu. Təəssüf ki, qarşımızda hələ də həll olunmamış problemlər qalır. ATƏT Minsk qrupu ilə müzakirə etdiyimiz məsələ münaqişənin nizamlanmasına mərhələli yanaşmadır. Əlbəttə ki, birinci addım münaqişənin başlıca fəsadlarının aradan qaldırılması, yəni BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində vurğulandığı kimi, Qarabağ regionundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarılması olmalıdır".

Demokratikmusavat.com

Xəbər Lenti