AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

“Bir nəfər mənə yazmışdı ki, bizi qoyub, hara gedirsiniz?”

  13

Əməkdar artist Aybəniz Haşımova sənətdən getməsi ilə bağlı fikirlərə aydınlıq gətirib.

Bu barədə axşam.az-a danışan sənətçi bu addımın konsertində etmək istədiyini, lakin sonradan vaz keçdiyini söyləyib:

"Məni və hamını narahat edən məsələlər bəllidir. Bu, incəsənətdir. Onu qorumalıyıq. Bəzi alternativ variantlar var ki, onları seçməyə məcbur qalırıq. Lakin son vaxtlar insanların münasibətini, mənə görə necə təsirləndiyini gördüm. Elə məktublar aldım ki, çox kövrəldim. Bir nəfər mənə yazmışdı ki, bizi qoyub, hara gedirsiniz? Xalqımıza minnətdaram. Yaxşı ki, sənətkarlara dəyər verən insanlarımız var. Bilirdim ki, reaksiya verəcəklər. Amma bu dərəcədə olacağını təxmin etmirdim. Elə bilirdim ki, hərə öz dərdi ilə əlləşir. Gördüm ki, yox...".

Demokratikmusavat.com

 

Xəbər Lenti