AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Türkiyəli bloqer həbs olunacaq

  13

Türkiyəli instagram fenomeni, DJ Kerimcan Durmaz üçün məhkəmə azadlıqdan məhrum etmə cəzası çıxarıb.

Demokratikmusavat.com ölkə.az-a istinadən bildirir ki, məhkəmənin qərarına əsasən məşhur bloqer 10 ay müddətinə həbs olunacaq. Bundan əlavə Durmaz 5 min lirə (təxmini 1400 manat) təzminat ödəyəcək.

Məhkəmədə çıxış edən bloqer çox peşman olduğunu dilə gətirib:

"Həssas və diqqətli bir insanam. Düşünürəm ki, insanlar tərəfindən səhv başa düşülmüşəm. Əslində, o videonu 2 dostumun olduğu qrupa atacaqdım. Amma səhvən "İnstagram" hesabımın hekayə bölümündə paylaşmışam. Özümü çox pis hiss edirəm. Səhv etdiyimi qəbul edirəm. Amma bağışlanmağımı xahiş edirəm".
Proses zamanı prokuror Kerimcan Durmazın 6 aydan 3 ilə qədər həbs olunmasını istəmişdi.

Qeyd edək ki, təyyarə tualetində çəkdiyi etik olmayan videosunu "Instagram" hesabında paylaşıb.

Demokratikmusavat.com

 

Xəbər Lenti