AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Şenol Günəş Bakıya gəldi - FOTO

  12

Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş hazırda Bakıdadır.

Demokratikmusavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, "ay ulduzlular" AÇ-2020-nin 2 qrup oyununu Bakıda keçirəcəklərindən təcrübəli mütəxəssis stadion və otellərə baxmağa gəlib.

Türkiyə yığmasının çalışdırıcısı Suraxanıda "Qarabağ"ın bazasında da olub. O, Ağdam klubunun işçiləri ilə də görüşüb.

Türkiyə iyunun 17-də Uels, 21-də isə İsveçrə ilə oyunları Bakı Olimpiya Stadionunda keçirəcək.

Demokratikmusavat.com

Xəbər Lenti