AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycanda qətl törədib Rusiyaya qaçdı, başqa cinayətdən həbs olundu

  14

Azərbaycanda qətl törədərək, Rusiyaya qaçan şəxs ekstradisiya olunacaq. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən adam öldürməkdə şübhəli bilinən azərbaycanlı Rusiyada da cinayət törədib.

Demokratikmusavat.com oxu.az-a istinadən xəbər verir ki, o, Azərbaycanda qətl törətdikdən sonra Rusiyaya qaçıb və orada oğurluq etdiyi üçün beş il ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edilib.

Araşdırma zamanı məlum olub ki, adı açıqlanmayan həmin şəxs Rusiyaya başqa şəxsin pasportundan istifadə edərək girib.

O, hazırda Voloqda vilayətində həbsdə saxlanılır. Vilayət prokurorluğundan bildirilib ki, həmin şəxs Rusiyadakı cinayətinə görə cəzasını çəkib başa vurduqdan sonra Azərbaycana ekstradisiya olunacaq və qətlə görə məhkəmə önünə çıxarılacaq.

Demokratikmusavat.com

Xəbər Lenti