AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Komitə sədri: "Xaricdə erməni diasporasının güclü olması şişirdilmiş məsələdir"

  11

Xaricdə erməni diasporasının güclü olması şişirdilmiş məsələdir.

Demokratikmusavat.com Trend-ə istinadən xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov vurğulayıb ki, bunlar üçün "Ermənistan dövləti" anlayışı yoxdur: "Bunlar bilirlər ki, heç zaman ora getməyəcəklər. Onların sırf korporativ maraqları var. Burada bir oyun var. Bütün məsələlərin başında isə kilsə dayanr. Onlar disapora vasitəsilə bizneslərini genişləndirmək, siyasi maraqlarını həyata keçirmək istəyirlər".

Komitə sədrinin sözlərinə görə, erməni təxribatları ilə bağlı Azərbaycan diasporasına tapşırıq verilib:

"Xaricdə yaşayan diasporamıza tapşırıq verilib ki, bizim müqəddəs torpaqlarımız və mədəniyyətimizlə bağlı ermənilər hər hansı bir təxribat törədəcəklərsə, 10 qat cavabını alacaqlar. Lüksemburqda "Qarabağ" futbol komandamızın oyunu zamanı ermənilər təxribat törətməyə cəht etdi və layiqli cavabını aldı".

Demokratikmusavat.com

Xəbər Lenti