AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Türkiyə futbolunun əfsanəsi Bakıya toya gəlibmiş

  12

"Bakı"nın sabiq baş məşqçisi Bülənt Korkmaz AFFA ilə danışıqlar aparmasını təkzib edib.

Demokratikmusavat.com xəbər verir ki, Türkiyə yığmasının 51 yaşlı sabiq kapitanı Azərbaycana yaxındakı son səfərinə toxunub: "İki həftə əvvəl Bakıya gəlmişdim. Azərbaycanda çoxlu dostum var. Onlardan bir məni övladının toyuna dəvət etmişdi. Mən də bu dəvəti böyük məmnuniyyətlə qəbul etdim və Bakıya təşrif buyurdum. Əlbəttə, toyda iştirak etməyə, eyni zamanda dostlarımı görməyə şad oldum".

Fevralda millimizin baş məşqçisi Nikola Yurçeviçin müqaviləsi bitəcək və AFFA onunla anlaşmanı, çox güman, uzatmayacaq. 51 yaşlı Korkmazın sözlərinə görə, paytaxtımıza səfərində AFFA ilə danışıqlar aparmayıb: "Sizi əmin edirəm ki, assosiasiyanızdan heç kim mənimlə görüşməyib və Azərbaycan millisinin baş məşqçisi postuna təyinatı ilə bağlı heç kim danışıq aparmayıb. Toya gəldim və növbəti gün İstanbula qayıtdım". (Footbal24.az)

Demokratikmusavat.com

Xəbər Lenti