AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Çevik, cavan hakimiyyət qoca müxalifəti üstələyir

  71

Qocaların döyüş həvəsi var, gücü yoxdur

 Son zamanlar müxalifət düşərgəsi çox fəallaşıb. Fəallığın əsas səbəbi tam məlum olmasa da, təsadüfi də deyil. Amma bir şey məlumdur ki, müxalifətin fəallaşmasının əsas səbəblərindən biri ölkədə başlanan fundamental kadr islahatlarıdır. Müxalifətin xarici havadarları və hakimiyyət daxilindəki uzantısı fəallaşmaq barədə komanda verdiyi aydın hiss olunur. Adətən müxalifətin seçkidən- seçkiyə yuxudan ayılmasına vərdiş etmişik. Amma bu dəfə ölkədə başlayan islahatlar, deyəsən müxalifətin qəzəbinə səbəb olub. Maraqlıdır, ölkə müxalifətinin xaricdə yerləşən, mübarizəni, əsasən sosial şəbəkələr və internet üzərindən quran kəsimi daha kəskin təhqir, söyüş, yalan, böhtan kampaniyasına başladığı halda, radikal müxalifət kütləvi aksiyalara üstünlük verir. Məqsəd isə, həmişə olduğu kimi, Azərbaycanda sabitliyi pozmaq və ölkədə vətəndaş qarşıdurması yaratmaq, ölkəmizə qarşı xarici təzyiqləri gücləndirməkdir.

Müxalifətin fəallaşmasının səbəblərini yuxarıda qeyd edərkən, ölkə daxilində dərin islahatların aparılmasına təsadüfən toxunmadım. Ölkə Prezidentinin təşəbbüsü ilə başlayan kadr islahatlarına qarşı rüşvətxor-korrupsioner məmurların müqavimət göstərməsi, prosesə mane olmaq cəhdləri aydın hiss olunur. Cənab Prezident hər dəfə çıxışında bu cür mənfi hallardan ətraflı bəhs edərək, hətta bəzi məmurların mətbuatın və müxalifətin prosesə təsir imkanlarından və digər vasitələrdən istifadə edərək, öz kürsülərini müdafiə etməyə cəhd etdiklərini ifşa edir.

Son zamanlar müxalif liderlərinin Müsavat Partiyasının ofisində toplaşması, Qarabağın işğaldan azad olunması adı altında yaradılan komitənin fəaliyyətə başlaması, xaricdən idarə olunan internet televiziyalarının hakimiyyətə qarşı təhqir, söyüş və böhtan kampaniyasını gücləndirməsi, hər şeydən əvvəl, haqqında söz açdığımız, ölkəmizdə  gedən kadr islahatlarına mane olmaq və bu prosesə müqavimət göstərmək cəhdidir.

Ölkədə ciddi dəyişikliklər gedir, hakimiyyət öz sıralarını cavan kadrlar hesabına yeniləyir, gücləndirir. Ölkədə rüşvət və korrupsiyaya qarşı ciddi mübarizənin yeni, daha güclü təməli qoyulur. Ölkənin bütün sferalarında yeni çağırışlara start verilir, hər şey təzələnir və yenilənir. Müasir tələbləri təmin etməyən hər şey yenisi ilə əvəz olunur.

Bu cür inqilabi dəyişikliyi qəbul etməyən qoca, özünü və fəaliyyətini yeni çağırışlara uyğun qurmağı bacarmayan müxalifət isə köhnə üsul və metodlarla, yorulub əldən düşmüş, xalqın etimadını itirmiş liderlərlə ölkəni geriyə, köhnə bataqlıqlara çəkməyə uğursuz cəhdlər edir. Hər dəfə də uğursuzluğa düçar olur. Müxalifət düşərgəsi son 30 ildə özündə heç bir dəyişiklik edə bilmədiyinə, hələ də 90-cı illərin abıhavası ilə nəfəs aldığına, xalqın etimadını tam itirdiyinə görə, xalq tərəfindən müdafiə olunmur. Bu səbəbdən də, müxalifətin aksiyalarında iştirak edənlərin sayı 3-5 min nəfərdən çox olmur. Ölkənin güc strukturları müxalifətin icazəsiz keçirməyə cəhd etdiyi bütün aksiyaların qarşısını çətinlik çəkmədən alır.

Hakimiyyətlə müxalifət arasında gedən son mübarizənin nəticələri hakimiyyətin müxalifətdən bir neçə dəfə güclü olduğunu, hakimiyyətin isə xalq tərəfindən müdafiə olunduğunu təsdiq edir. Müxalifətin özünü dəyişərək, xalqın dəstəyini qazanmaq, güclənmək və hakimiyyəti yaxın gələcəkdə özü ilə hesablaşmağa məcbur  etmək şansları isə heç də yaxında deyil.

 Tahir Abbaslı

Xəbər Lenti

İranda daha 2 033 nəfər koronavirusa yoluxdu

Avstraliyada şiddətli fırtına: 60 min ev elektriksiz qaldı - FOTO

Avropanın bu ölkəsi koronavirusa qalib gəldiyini elan etdi

Yaponiyada fövqəladə rejim ləğv edildi

Koronavirusa yoluxan idmançı 23 kilo ARIQLADI - FOTO

Vətəndaşlar Prezidentə yazırlar: "Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir"

"Qəbələ" ikiqat maaş təklif etdi və mən pulu seçdim"

ÇL-in oyunundan sonra 41 nəfər koronavirusdan ölüb

İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Mingəçevirdəki dəhşətli qəza ilə bağlı cinayət işi başlandı

Bakıda mağazadan 2100 manatlıq oğurluq olub

Cahangir Hacıyevin şikayəti üzrə məhkəmə prosesi başlayıb

Qonşu ölkədə sutka ərzində koronavirusa cəmi bir yoluxma qeydə alındı

"Sağlığıma badə qaldıranlar indi məni yada salmırlar" - VİDEO

"Amalya Pənahovanı teatrdan incik saldılar" - VİDEO - FOTO

"Xalqımız, sadəcə, ölüm gələndə başqa cür düşünməyə başlayır” - Futbolçudan koronavirusa inanmayanlara

“Kim deyir, nişanlanmışam?” - Aysel - VİDEO

“Həyatımda heç kim yoxdur”- Aysel - VİDEO

Aybəniz İsmayılova: Kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz

Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatdı

Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib

Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alındı

Rusiyada koronavirusa yoluxanların sayı 350 mini ötüb

Ermənistanda son sutkada 452 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb

Azərbaycan XİN İordaniyanı təbrik edib

Qurban Qurbanov və "Qarabağ" dünya rekordçuları arasında

İranda zəlzələ olub

İkinci Ay tutulmasının vaxtı bilindi

Keçmiş ərindən danışıb ağladı: "Dəli kimi qısqanırdım"

Avropada ilk kuboku BATE qazandı

Bu gündən muzey və qoruqlarda "açıq qapı" günləri başlayır

Avstriya Prezidenti COVID-19 məhdudiyyətlərini pozduğuna görə ictimaiyyətdən üzr istədi

Gürcüstanın Azərbaycanla sərhəd rayonunda zəlzələ olub

Moskvada küçənin ortasında 2 qruplaşma arasında atışma - ANBAAN VİDEO

Koronavirusa əhəmiyyət verilməyən ölkə yoluxanların sayına görə ikinci yerdədir

Sevgilisi ilə çimərliyə gedən 22 yaşlı qız dənizdə batdı - FOTO

Baş infeksionist: "Qapalı yerlərdə maskadan istifadə edilməməsinə görə cərimə tətbiq edilməlidir"

Qurban bayramı nə vaxt qeyd olunacaq?

Mədəniyyət nazirinin səlahiyyətləri kimə həvalə edilib? - Rəsmi açıqlama

Malayziyanın BERNAMA agentliyi 28 May - Respublika Gününə həsr olunmuş geniş məqalə dərc edib

"Evimiz yanıb kül oldu" - Azad

Dünya bazarlarında təbii qaz ucuzlaşıb

Neft yenidən bahalaşıb

Boksçunun öldürdüyü qızın WhatsApp yazışmaları yayıldı - FOTO

Sevil və Sevinc restoran açırlar

Tuva Respublikasının rəhbəri koronavirusa yoluxub

Prezidentdən La Liqanın bərpası ilə bağlı açıqlama

Qazaxıstan bütün hava limanlarını açır

Qırğızıstanda koronavirusa daha 30 nəfər yoluxub, 2 nəfər vəfat edib

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib

“Düşünürəm ki, yayın sonuna biz bu infeksiyaya qalib gələcəyik”

Bağ evlərinə tələbat artıb

Almaniyada son sutkada koronavirusdan 10 nəfər ölüb

Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb

Cəbhədən YENİ XƏBƏR

"Nyu-York Times" koronavirusdan ölən şəxslərin adlarını və yaşlarını açıqladı - FOTO

Qazaxıstanda koronavirusa yoluxanların sayı 8,5 min nəfəri ötüb

Mövlud Çavuşoğlu: "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir" - VİDEO

ABŞ Braziliyaya min ədəd süni tənəffüs cihazı göndərəcək

Suriya qoşunları Raqqada bir qrup terrorçunu məhv ediblər