AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Robota bənzəyənlər...

  17

Nigar Orucova 

 Onlar get-gedə cəmiyyəti “bəzəyir”

 Müasir, sivil dün-ya, onun inkişaf sürəti bir çox sahələrdə insanların işini asanlaşdırmağa doğru aparır. Əl əməyinin çox sahələrdə daha uyğun mərhələyə qədəm qoyması daha çoxlarına təəccüblü görünmür. Robotların insanları daha böyük kəmiyyətdə əvəz edəcəyi tarix də uzaqda deyil. Uzaqda qalan bəzi məsələlərdir ki, onunla bağlı cəmiyyətin dünyagörüşlü, humanist kəsimi də böyük narahatlıq keçirməkdədir.

Bəli, robot əsrində yaşamaq işin həm müsbət, həm də mənfi tərəfidir. Bu istiqamətdə ətraflı danışmaq istəməzdim, çünki mütəmadi olaraq, mövzuyla bağlı yazılarımız olur. Hazırda robotlaşmaqla bağlı yaşadığımız narahatlıqdan bəhs etmək istərdik, çünki bu mövzuya vaxtaşırı toxunmasaq, yazılarımızın qəhrəmanlarıyla bahəm, robot olub gedəsiyik.

...Son vaxtlar bu “süni insanlar”la daha çox rastlaşmalı oluruq. Əlbəttə, bu an əcnəbi ölkələrin elmi-texniki inqilablarının öyrəşdiyimiz təqdimatlarını deyil, öz cəmiyyətimizin öyrəşmədiyimiz münasibətlərini nəzərdə tuturuq. Öyrəşməsək də, deyəsən, getdikcə alışmalı olacağıq belə mənzərələrə...

Əvvəllər avtobuslarda, metro vaqonlarında gənclərin yaşlılara əyləşmək üçün yer verməməsi məsələsi qınaqla qarşılansa, heç bir ölkədə belə məsələnin müzakirə mövzusu olmaması vurğulansa, müxtəlif arqumentlərlə yaşlılara deyil, gənclərə haqq qazandırılsa da, bizim də daim əks arqument gətirməyə haqqımız çatır. Əks arqumentin ilk adı da milli adət-ənənə, mental dəyərlər və humanizm prinsiplərinə dərin hörmətdən qaynaqlanan insanlıq duyğularıdır.

Bu duyğuların ən adi göstəricisi elə ictimai yerlərdə, ümumi məkanlarda görünür. Onda ki, gənclər, hətta yeniyetmələr özündən böyüklərə, qocalara yer verir, özünəməxsus dəyərlərimizə hörmət edənlərin hələ də var olduğuna sevinirik.

Lakin bəzən əksinə də olur - əlillər və yaşlılar üçün nəzərdə tutulan oturacaqlarda əyləşən gənclərin metro vaqonunda, avtobus salonunda dəqiqələrlə ayaq üstə gedənlərə fikir vermədən, diqqət və etina etmədən, heç nə olmamış kimi münasibət göstərməsi robotlaşma əsrinin bizi də yaxaladığından xəbər verir.

Bəli, elm və texnikanın məcmusu olan robotlar bizdə birbaşa mənəviyyatın məhsulu şəklində meydana çıxır. Getdikcə sıra da artır, dünən bir-iki nəfər gənc ümumi nəqliyyatda yaşlılara, əlillərə, xəstələrə, uşaqlı analara yer vermirdisə, bu gün bu münasibət az qala hamıya sirayət etməkdədir. Cüzi istisnadan savayı, kütləvi olaraq, hamıda robotlaşma gedir. Sadə bir mənzərə - nəqliyyatın salonuna qeyd etdiyim kateqoriyadan bir nəfər daxil olur, bir gənc ayağa durub ona yer vermək istəyəndə yanındakı “robot” ona mane olur, humanizmi “ölməyən” gənci də özü kimi olmağa “dəvət” edərək sırasını artırır. Ətrafdan eşitdikləri qınaqlı sözlər, gördükləri tənəli baxışlar belə, onların tükünü tərpətmir. Hamı kimi gözləri varsa, baxırlarsa da, nə görürlər, nə də duyurlar. Bir də deyirəm, robotdular axı.

Yaxından müşayiət etdiyim bir neçə belə hadisə özünəməxsus adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin getdikcə atrofiyaya uğradığını göstərir. Onların “adam olmayacağı”, vəziyyətin “belə gəlib, elə belə də gedəcəyi” barədə həmişəki reaksiya qalsa, onlardan doğrudan da adam olmayacaq. Ən pisi, belə davam edərsə, şəhərin küçələrində, meydanlarında, ümumi nəqliyyatda, mağazada, müalicə müəssisələrində, təhsil mərkəzlərində onların sayı çoxalacaq. Öz dilimizdə dərdimizi-sərimizi, sözü-müzü deməyə, övladımızı, ailəmizi, qohum-əqrəbamızı, dost-tanışımızı etibar etməyə bir kəs tapılmayacaq. Robotlaşma əsri bizi bax, belə yerdə yaxalayacaq.

Deyirəm, robota məxsusluq da, yüksək intellektin, texniki yeniliklərin məhsulundan ola. Daha heç bir millətlərin malik ola bilmədiyi, özümüzə, məhz bizə məxsus o qiymətli, mənəvi dəyərlərin itirilməsi nəticəsində ortaya çıxan əcaib bir məxluqa, “süni insan”a çevrilmək formasında olmaya.

Olmaya, düz demirəm?

Xəbər Lenti

"Özünü müxalifət adlandıran antimilli şura ermənilərin əlində alətə çevrilib"

"Arıqladıqdan sonra şarmımı itirdim"

Aleksandr Şarosvki: Yəhudilərin xoşbəxtliyidir ki, Azərbaycanda ən çətin sınaqlara baxmayaraq özlərinə ev tapdılar, burada xoşbəxt yaşayırlar və yaşayacaqlar

Tarazlığı təmin edə bilməsək, epidemiyalar get-gedə artacaq - QORXULU PROQNOZ

Əfqanıstanda polis məntəqəsinə hücum: ölənlər var

Kişilərin diqqətini çəkən Gülşən: “Sevmirəm səni” - VİDEO - FOTO

Qətər səfirliyinin yaxınlığında partlayış törədildi

Serbiyada baş verən toqquşmalarda 43 polis yaralanıb

"2 aydan çoxdur yoldaşımla görüşə bilmirik"

Ermənistanda daha 535 nəfər koronavirusa yoluxdu

13 yaşında zorladığı şagirdinə ərə gedən qadın müəllim xərçəngdən öldü - FOTO

Polşada güclü zəlzələ baş verib

Radikallar ucuz şoularını davam etdirirlər - "Politşou" təqdim edir - VİDEOLAYİHƏ

"Milan"dan möhtəşəm geridönüş - VİDEO

Əlinə bıçaq alıb polisə tabe olmayan şəxs saxlanıldı - VİDEO

Müdafiə naziri ön xətdə - VİDEO - FOTO

"Ermənistanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verməsi bu ölkənin iç üzünü bir daha açdı"

Pandemiyadan sonra dünyanı gözləyən iki ssenari açıqlandı

Şəkil çəkdirmək istəyərkən uçurumdan yıxılıb öldü

Ana 11 yaşlı oğlunu boğub öldürdü - Qeyri-adi səbəb - FOTO

"Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, həmişə seçkilər saxtalaşdırılıb" - Ekspert

Bakıda narkotacir saxlanıldı

"Başakşəhər" çempionluğa daha da yaxınlaşdı

"Şou-biznesdəki bəylərin hamısı ilə küsülüyəm"

Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

Afrikada COVİD-19-a yoluxanların sayı 500 min nəfərə yaxınlaşır

İndoneziyada koronavirusa yoluxanların sayı 66 min nəfəri keçib

Alyaskada sahillərində zəlzələ olub

Yaponiyada üç gün yağan leysan yağışlar nəticəsində 60-a yaxın nəfər həlak olub

5 otaqlı ev yanıb

Dünya Bankı cənubi və şərqi Afrika ölkələrinə 245 milyon dollar yardım ayırıb

Nigeriyada qayıq batıb, 14 nəfər ölüb

"Arsenal" "Lester"la heç heçə oynadı

ABŞ ÜST-ü tərk etmək barədə qərar qəbul edib

Misir Səhiyyə nazirinin müavini: COVID-19 ölkədə əhali artımına mənfi təsir göstərəcək

Çilidə koronavirusa yoluxanların sayı 300 mini ötüb

Dəhşətli HADİSƏ: Ana 3 həftəlik qızını boğub öldürdü

"Kristal Pelas" - "Çelsi" oyununda 5 qol vuruldu

Xalq artistinin qızının toyu təxirə düşdü

Sabiq milli idmançı dünyasını dəyişdi - MÜƏMMALI ÖLÜM ANI

Rusiyada COVID-19 xəstələrini izləyən sistem yaradılıb

ABŞ-da məktəblər bu tarixdə AÇILACAQ

Avropa İttifaqı koronavirusun vurduğu ziyanı qarşılamaq üçün Polşaya maddi yardım ayırıb

Əfqanıstanda qadınlarla bağlı VACİB QƏRAR: bundan sonra...

İspaniyada 53 minə yaxın tibb işçisi COVID-19 xəstəliyinə tutulub

Daha bir dəhşətli infeksiya ortaya çıxdı: Yalnız burundan girir, 1 həftəyə öldürür - FOTO

Pələng hər kəsin gözü önündə baxıcısını PARÇALADI - FOTO

Bələdiyyə sədri ofisinin qapısını sökdürdü - MARAQLI ADDIM

Bu ölkədə COVID-19 məhdudiyyətləri sərtləşdirilir

Azərbaycanda QEYRİ-ADİ TOY: bəy gəlini çay kənarına qaçırdı və... - FOTO

Günün qoroskopu: Başqalarının mövqelərini nəzərə alın

Binəqədidə təmir sexində iki avtomobil yandı

"Qarışqanı belə incidən adam deyiləm. Nəyə görəsə incimişəm"

Yaxın illərdə yeni koronavirus yayılacaq - XƏBƏRDARLIQ

Hulusi Akar: Liviya liviyalılarındır

"Novavax" COVID-19 əleyhinə vaksin hazırlamaq üçün 1,6 milyard dollar alıb

İdman tarixinin ən bahalı müqaviləsi rəsmiləşdi

Altı yaşlı oğlunu meşəyə apardı, başına torba keçirib azdırdı... - FOTO

Türkiyəli menecer: "Oğuz Aydının "Qarabağ"a keçidi baş tutmayacaq"

İranda 1 gündә koronavirusdan 200 nәfәr öldü

Nyu-Yorkda quşla toqquşan təyyarə təcili eniş etdi

Azərbaycanlı model Dubayda belə dincəlir - VİDEO