Sırada hansı nazir və icra başçıları var?

 
Azərbaycanda elan olunan islahatlar artıq qanunvericilik bazasından kadr bazasına keçdi. Prezident İlham Əliyev bu prosesə güc strukturları ilə başladı.
 
 
"Demokratikmusavat.com" "Yeni Sabah”a istinadən bildirir ki, islahatların davamlı və dərin olacağı ilə bağlı verilən rəsmi açıqlamalara əsasən bu, hələlik ilkin addımdır. 
Kadr yerdəyişmələrinin yaxın günlərdə yeni dalğasının olacağı gözlənilir. Bu baxımdan da hazırda bir sıra nazirliklərdə, dövlət komitələrində narahatçılıqlar mövcuddur. 
 
Bəs prezidentin növbəti kadr dəyişiklikləri hansı sahə ilə bağlı ola bilər? Bu dəfə hansı prinsiplər əsas götürüləcək? Uzun müddət eyni vəzifədə qalmaqamı, yoxsa, rəhbərlik etdiyi sahədə düzgün nizam-intizam qura bilməyən, əksinə problemlərlə baş-başa qalıb xalqı hakimiyyətdən narazı salan kadrlarmı hədəfdə olacaq?
 
Sonuncu təyinatlarla bağlı sərəncamların analizindən görünür ki, burada hər iki amil əsas götürülüb. 
 
Görünür, prezident hər hansı nazir haqda qərar vermək üçün onun 25 il gözləməyə ehtiyac duymur. Əslində, bir illik fəaliyyət də məntiqi nəticələr çıxarmağa yetərlidir. Ona görə də, biz elə bu iki amilin nəticəsində vəzifəsini itirmək ehtimal yüksək olan şəxsləri ayrı-ayrılıqda qeyd edəcəyik.
 
Əgər məsələyə uzun müddət eyni kreslonu zəbt etmək amilindən yanaşaq, hazırda Azərbaycanda bir neçə nazir və onlarla icra başçısı var. 
 
Bunların sırasında Mədəniyyət naziri Əbülfəs Qarayev (25 il), Kəmaləddin Heydərov (11 il Gömrük Komitəsinin sədri, 13 il FHN rəhbəri), Fikrət Məmmədovun (19 il) adları ilk sırada gəlir. Elmar Məmmədyarov (15 il), Oqtay Şirəliyev (14 il), Samir Şərifov (13 il), Azad Rəhimov da (13 il) uzun illər eyni sahəni idarə edən məmurlardandır. 
 
Bu sıraya Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov, SOCAR prezidenti Rövnəq Abdullayevin də adlarını əlavə etmək olar.
 
Əslində, normal və effektiv fəaliyyət göstərmək üçün inkişaf etmiş ölkələrdə bu müddətdə eyni postda qalan məmur tapmaq mümkün deyil.
 
Birinci amili – uzun müddət vəzifədə qalanların istirahətə göndərilməsi və ya yerdəyişməsi baxımından yanaşdıqda adları qeyd olunanların bir hissəsinin yola salınacağını gözləmək normaldır.
 
İslahatlarla bağlı qeyd etdiyimiz ikinci yanaşmaya – vəzifəsinin öhdəsindən gələ bilməyən və əhalinin narazı olduğu sahələrdə kadr islahatına gəldikdə isə, burada bir sıra yeni kadrların da vəzifəsindən azad olunacağını demək olar. Hər il dövlət rəsmilərinin açıqladığı rəsmi statistikalarda da əhalinin daha çox şikayət etdiyi dövlət qurumlarının siyahısı qeyd olunur. Həm o siyahı, həm də mediada səslənmiş şikayətləri əsas götürərək, yeni kadrların bir neçəsinin, ən yaxşı halda, yerinin dəyişdiriləcəyini ehtimal etmək olar.
 
Azərbaycanda son illərdə yüksək vəzifəyə təyin olunmuşlardan -Ceyhun Bayramovun təhsil, Sahil Babayevin əmək və əhalinin sosial müdafiəsi, Səfər Mehdiyevin gömrük və nəhayət, İnam Kərimovun kənd təsərrüfatı sahəsində nəinki uğur qazandığını, heç etimadı doğrultduğunu belə, demək olmaz.Əksinə, hər gün bu sahələrlə bağlı onlarla şikayət və problemlərlə bağlı  informasiya ilə qarşılaşmalı oluruq. 
 
Ölkədə daha çox problemli sahənin səhiyyə olduğunu da xüsıusi vurğulamaq istərdik. Bu baxımdan O. Şirəliyev hər iki prinsipə görə qarşısına minus işarəsi qoyulmuş, yarıtmaz kadrlardandr.
 
Rövşən Rzayevin məcburi köçkünlər, Qoşqar Təhməzlinin qida, Fuad Muradovun diaspora, Mikayıl Cabbarovun da vergi sahəsində inqilabi dönüş etmədiyi bir yana, hətta işin öhdəsindən gəldiyini söyləmək olmaz. Amma ən azından əvvəldə adlarını çəkdiyimiz nazirlərlə müqayisədə bu sahələrdə problemlər say etibarı ilə azdır.
 
Başqa nə ola bilər? Hansı vəzifəlilər yola salınaacaq? 
 
Bu sıraya xeyli icra başçısı və komitə sədrlərinin də adlarını qeyd etmək mümkündür. İstənilən halda isə, artıq ölkə rəhbərliyi də hiss edir ki, kadr islahatlarında köklü dəyişikliklərə ehtiyac var. 
 
Bunu son 4 təyinatla bağlı sərəncama həm siyasətçilərin, həm şərhçilərin, həm də ümumilikdə sadə insanların reaksiyası da açıq şəkildə ortaya qoydu.

 İlkin

0.19267702102661