AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Anasız qaldığım bir il yaxud, anamın qapısına gedən yol

  130

Diqqət etsək görərik ki, bizim hər birmizin doğuluşdan iki qanadımız olur-bizə həyat verən, bizi bu dünyaya gətirən ata və anamız. Nə qədər ki, onların ikisi də bizimlədir,  həyatın ənginliklərində heç bir maneəylə rastlaşmadan uçuruq və bizə belə gəlir ki, bu, sonsuza qədər belə davam edəcək. Fəqət, bir zamanlar qanadın biri "qırılır" və biz tək qanadla uçmağın çətinliyini hiss edirik. İkinci qanadımız  "qırılanda"  isə bu uzun həyat yolunda addımlamağın necə də çətin olduğunu daha dərindən dərk edirik. Allah hər birimizə bacardığımız qədər iki qanadla uçmağı qismət eləsin! Bunun üçün isə valideyinlərin dəyərini bilmək, onları qorumaq lazımdır. 

Atam çoxdan haqqın dərgahındadır. Çox sərt bir kişi olsada, çox sevərdim onu. Onun qədər güvəndiyim bir kimsə yox bu gün həyatımda. Atam vəfat edəndə çox sarsıldım, sanki arxamı, dayağımı itirmiş idim, ansaq bir güvənc yerim qalırdı-anam. Anamın qapısına gedən yol hələ qapanmamışdı. O qapının arxasıda anamın hər zaman məni gözlədiyini bilirdim. Fəqət, həmin yol da, artıq qapanıb. Artıq bir ildir ki, o yolun sonunda, o qapının arxasında bir kimsə məni gözləmir.

Deyirlər, anaların qapısına gedən yol, ən müqəddəs yoldur. O yolun sonunda anam yoxsa, demək içimdə də bir boşluq yaranıb, anasızlıq boşluğu...

 Peyğənbərimiz (s.ə.s.) buyurur ki, "Cənnət anaların ayaqları altındadır". Məhz buna görə də, anaların qapısına gedən yol  müqəddəs sayılır. Ancaq, o yolu anaların sağlığında getmək lazımdır. Anaların bizləri gözlədiyi, özlədiyi, həsrət, nisgil dolu gözlərini qapıdan ayırmadıqları zaman getmək lazımdır o yolu. Bunu isə biz çox təəssüflər olsun ki, artıq anamız orada olmayanda anlayırıq. Anamızın qapısına gedən yol qapandıqdan sonra başa düşürük o yolun müqəddəsliyini.

Anamın yoxluğundan yaranan göz yaşlarım ümmana dönsə belə, Onun göz yaşlarına dəyməzmiş Allah! Həyatda xoşbəxtlik, səadət arxtarışları anamın bir anlıq sevincinə dəyməzmiş Allah!

Fəqət, bütün bunları çox gec anladım. Anamın yoxluğundan, Onun qapısına gedən o müqəddəs yol bağlandıqdan sonra başa düşdüm ki, təkcə cənnət yox, dünyada hər şey anaların ayaqları altındadır. Biz isə heyhat, bunların hamısını çox gec anlayırıq. Artıq anamız aramızda olmayanda. Onun bizlərə heç bir ehtiyacı olmayanda anlayırıq ki, əslində bizim ona daha çox ehtiyacımız olub.

Şair döstum Sədi demişkən:
-İndi anlamışam, indi duymuşam
Qayğısız günləri unutmaq çətin.
Anasız dünyada günüm qaradır,
Anasız dünyada yaşamaq çətin...

Çox gəzib axtardım səadətimi,
Göstərmək istədim sədaqətimi.
Ürəyimdən ana məhəbbətini,
Çıxarmaq çox çətin, çox çətin Allah!

Çoxdur mənim ağrım -acım,
Çəkə bilməz qardaş-bacım.
Axı mən də bir insanam,
Ana sənə var möhtacım...
Bir körpə tək qucağına ,
Qısılaydım, kaş ki Ana!!!

Anam çox zəhmətkeş, əzabkeş bir qadın idi. Əllinci illərin bütün ağırlıqlarına baxmayaraq, gecəli-gündüzlü çalışır, balalarının heç bir korluq çəkməməsi üçün canını belə fəda etməyə hazır idi Anam. Altı oğul, bir qız böyüdən Anam sonunda dörd divar arasında tənha qaldı. Onun qanad verdiyi balalarını rüzgar müxtəlif səmtlərə apardı. Ancaq O, yenə də dinmir,"təki balalarım şad-xoşbəxt olsunlar, yetər" -deyibən, ürəyindəki gileyini, nisgilini kimsəyə açmır. Ana ürəyi övladlarının narahat olacağından qorxur, yenə də özünü yox, övladlarını düşünür, tabutunun övlad çiynində getməsini arzulayır.

Biz isə ancaq özümüzü düşünürük, hər an yaddaşımızda, qanımızda olsa belə, gedib ona baş çəkmirik, "bir şey lazım olsa, xəbər eyləyər",- deyib sakitləşirik.

Şair dostum Vaqif İsaqoğlu öz şerində anasızlığın nə qədər çətin olduğunu belə ifadə edir:
Xoşbəxtlik üzümə boylanır gendən,
Neyləyim, qəm-kədər əl çəkmir məndən.
Canım sevinməyib sən köçən gündən,
Ürəyim səninçün darıxır, ana!

Həqiqətən də, insan anasının onun bütün günahlarını bağışlayasağına inanır və bəlkə də, məhz buna görə, ONU var olduğu zaman çox adi qarşılayır.

Anamdan çox erkən ayrıldım. Şəhərə təhsil dalınca gəldim və burada "ilişdim", qaldım. Elə o zamandan da ürəyimin bir güşəsində ANA həsrəti gəzdirdim. Çox nadir hallarda olub ki, xəyalım anamla təmasda olmasın. Ansaq sağlığında ona zəng edib, danışmaq mənim üçün ən böyük əzab olub, desəm heç kim inanmaz. Çünki onun kövrək səsini eşidəndə bir neçə gün özümə gələ bilmirdim. Hər an ona baş çəkməyə isə zamanım yoxdu, ancaq bayramlarda hər şeyi bir kənara atıb, anamın müqəddəs qapısına yol tapa bilirdim və bunu özümə bir təsəlli kimi qəbul edirdim.   

Bütün bu illərin həsrətindən yaranan ən böyük arzum isə, başımı anamın dizləri üstə qoyaraq uyumaq olub. Görüşəndə, üz-üzə olanda isə, bu arzumdan vaz keçirdim. Son zamanlar anam o qədər zəifləmişdi ki, başımı onun dizləri üstə qoysam əzab çəkəcəyindən qorxurdum.

Artıq bir ildir ki, sən aramızda yoxsan ANA. Sənə deyəcəyim, sənilə bölüşəməyə ehtiyac duyduğum o qədər şeylər qaldı ki, ürəyimdə. Onları səndən başqa bir kimsəylə bölüşə bilmərəm axı...  

Bu bir ildə sənilə danışmadığım, səni anmadığım bir günüm belə olmadı, amma nə faydası, sən yoxsan artıq. Sənin cənnətdə olduğuna tam əminəm. Başqa cür də ola bilməz. Altı oğul, bir qız böyüdən ananın yeri mütləq cənnət olmalıdır. Bizi boya-başa çatdırmaq üçün çəkdiyin zəhməti, əzab-əziyyətləri də bunun üstünə gəlsən, sən Allahın ən sevimli bəndəsi olmalısan. Buna heç bir şübhəm yoxdur.

Bəlkədə sonuncu dəfə məzarın üstünə gəlirəm Ana. Bu, bəlkə də son görüşümüzdür. Bəlkə bir daha buralara gəlmək qismətim olmadı. Gələn görüşlərimizin yeri də, yəqin ki, ruhlarımızın görüşdüyü bir məkan olacaq. Bilirsənmi Ana, ən çox nəyə üzülürəm? Sənin bizlər üçün etdiyinin heç bir mislini də, sənin üçün edə bilmədim, buna çox üzülürəm. Əgər mümkünsə, məni bağışla. Sən məni bağışla ki, mərhəmətli Allah da günahlarımdan keçsin.

Bu, bəlli bir həqiqətdir ki, ata-ana haqqını heç bir övlad ödəyə bilməz. Çünki o haqq o qədər böyükdür ki, onu ödəməyə  güc, qüvvət çatmaz.

Artıq bir ildir ki, bu fani dünyadan, bizim kimi övladlardan uzaqlardasan, oralarda özünü necə hiss edirsən ANA?

Tənhalıq sənin üçün son illərin qisməti oldu. Heç olmasa orada öz istədiklərinə qovuşa bildinmi ANA? Bir daha deyirəm və buna tam əminəm ki, cənnətdəsən. Altı oğul bir qız böyütdün ANA, nə ibadətindən qaldın, nə də taleyindən gileyləndin. Bununla da Allahın mərhəmətini qazanmış oldun ANA. Buna səndən əmdiyim südün qədər əminəm və bilirəm ki, son məkanın Allahın sevdiyi insanların arasındadır. Övlad nankor da olar, sayğısızlıq da edər. Ancaq Allah anaların çəkdiyi əzab-əziyyəti mükafatsız buraxmaz, çünki O adildir, mərhəmətlidir və bağışlayandır. 

Artıq bir ildir ki, anamın qapısına gedən yol mənim üçün bağlıdır. Bu yolun həsrəti qəlbimdə, üzümün qıraşlarında öz əksini tapıb. Ancaq bir şeyi də etiraf edim ki, anamın üzümə açmayacağı o qapıya ayaqlarım da getmir artıq. Yaşlaşdıqca, başımı anamın dizləri üstə qoyub uyumaq arzumu da, anamla bir yerdə ürəyimdə dəfn etdim. Çünki, artıq heç bir zaman gerçəkləşməyəcək bu arzumla, bütün arzularım da bitdi demək olar.

Səni çox özlədim ANA. Bəzən saatlarla səni düşünürəm. Sənin tənhalığında mənim də günahımın olduğunu danmıram. Bəzən də düşünürəm ki, yanında olsaydıq, bizi belə tez tərk etməzdin. Bizim sənə münasibətimizdən incidin, getmək qərarına gəldin, bəlkə də. Bütün hallarda bizi bağışla, günahımızdan keç, ANA.  Bu fani dünyanın işlərinə başımız o qədər qarışdı ki, səni unutduq, tənha qoyduq, incidinsə də, buna haqqın var ANA.

Bu gün hər an, hər dəqiqə sənə qayğımın bir anlamı varmı? Yox, yoxdur. Bu da, yəqin Allahın bizə bir cəzasıdır ki, sənin dəyərini səni itirəndən sonra bildik. Biz səni unutduqsa da, hər zaman ibadətində olduğun Allah səni unutmasın, yerin behişt olsun, ANA.

Bütün bunları sənə sağlığında deyə bilmədiklərimin etirafı kimi qəbul et, ANA!

P.S. Bu həyatımda yazdığım bəlkə də, ən çətin bir yazı oldu. İnsan öz anası haqqında yazını bu qədər çətinliklə yazırsa, gör bizi dünyaya gətirib, böyütmək haqqı nə qədər ağırdır ki, çoxlarımız bu haqqı ödəyə bilmirik. Lütfən, analarınızın qədrini sağlığında bilin ki, yoxluğunda əzab çəkməyəsiniz.  

Şair demişkən:
"Darısqaldır evin, laylay.
De necədir kefin, laylay.
Ölüm laylaya, dirim laylaya.
Yanındakı yerim, laylay".
(Musa Yaqub)

Yusif Seyid

Xəbər Lenti

Sumqayıtda dayı bacısı oğlunu bıçaqladı

"Real Madrid"in yeni "11" nömrəsi bilindi

Son 2 ayda Rusiyada COVID-19-a ən yüksək yoluxma halı

Britaniya kraliçası prodüserin medalını geri aldı

"Portu"dan "Mançester Yunayted"ə

"Çelsi"də 4 ciddi itki

Məşhur virusoloq koronavirusla bağlı iddialara cavab verdi

"Der Spiegel": Yer kürəsini gözləyən fəlakət artıq uzaqda deyil - FOTO

"Aston Villa"da yeni hücumçu

Sabirabadda yeznə ov zamanı qaynını güllələdi

Azərbaycan Avropanın yeni və alternativ enerji mənbəyidir

Alper Potukun yeni klubu müəyyənləşdi

Vidal İtaliya nəhənginə keçir

"Barcelona" mövsümə titulla start verdi

Sabahın hava proqnozu

"Ulu öndər “Əsrin müqaviləsi”ni reallaşdırmaqla gələcək nailiyyətlərimizin təməlini qoydu"

Gülbahar Şükürlü əməliyyat olundu

Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü - Bakıda dəhşətli ailə faciəsi - FOTO

"Son 26 ildə “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır"

Dünyada koronavirusa yoluxanların sayı 31 milyonu ötdü

Ermənistan yeni müharibəyə hazırlaşır - Nəticəsi nə olacaq? - Rəylər

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib - FOTO

Tramp: “Elə fərman imzalayaram ki, Bayden prezident ola bilməz”

Özbəkistanın Baş nazirinin müavini koronavirusdan öldü

İranda koronavirusdan daha 183 nəfər öldü

"Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədir"

"Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədr"

Yunanıstan "Yanoş" ilə mübarizə aparır

Bakıda pulları sağa-sola səpən yeniyetmə, onu “ovlayıb” 35 min dollar alan quldurlar... - Atasının seyfindən, yoxsa bankdan?

146 yeni yoluxma, 154 nəfər sağaldı

Rusiyada daha 6148 nəfər koronavirusa yoluxdu

Türkiyə millisinin futbolçusu "Lester"ə keçdi

Tehran ABŞ-ın bəyanatını "qiyam" adlandırdı

"Qalatasaray"ın yetirməsi "Neftçi"yə keçdi

Azərbaycanlı rejissor Beynəlxalq Turizm Filmlər Festivalının qalibi olub - FOTO

"Fənərbağça"da yeni transfer

"Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir"

Oğlan övladı dünyaya gətirə bilmədiyi üçün boşanmağa məcbur edilən, tənha ölən şahzadə

İnsanları geyiminə görə qarşılayanlar... - Zirvəyə ya birlikdə çıxacağıq, ya da...

"Yuventus"da ağır itki

İnsanları yandırıb külünü ailələrinə göndərən general - Hitleri qorxuya salan "Praqa qəssabı" kimdir? - FOTO

Koronavirusa ən yüksək yoluxma halının qeydə alındığı daha bir ölkə Slovakiyadır

Vaxtilə ekoloji fəalkət zonası olan ərazilərin indiki halı - FOTO

Qalmaqallı qərar bu gündən qüvvəyə minir

Narazılıqla qarşılanan qərar bu gündən qüvvəyə minir

"Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq"

Ermənistanda 277 yeni yoluxma

Ukraynada koronavirusdan daha 41 nəfər öldü

"Liverpul"da yeni transfer

""Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı"

Qurbanlarına işgəncə verdikdən sonra başlarını kəsiblər - Qatil cütlüyün qorxunc cinayətləri - FOTO

Gürcüstanda yoluxma artır

“Qarabağ” “Neftçi”yə qarşı

Vətəndaşları narazı salan "xırda məmurlar" - Get filan vaxt gələrsən...

"Metro yenidən bağlana bilər, əgər..." - VİDEO

Britaniyada bir gündə koronavirusa 4 422 yeni yoluxma, 27 ölüm

Estoniya prezidenti küçələrdə siqaret kötükləri topladı

2100-cü ildə dünya əhalisinin sayı nə qədər olacaq? - ARAŞDIRMA - FOTO

Britaniyada bıçaqla insanlara hücum çəkdilər, 4 yaralı var

Trampı təhlükəli maddə ilə zəhərləmək istədilər

Qaret Beyl “Tottenhem”də!

Əfqanıstanda partlayış: ölən və yaralananlar var

Fransada rekord sayda yeni yoluxma qeydə alındı

ÜST: COVİD-19-la bağlı 8 peyvənd klinik sınaqların sonuncu mərhələsindədir

Tovuzun kəndləri yenə atəşə tutuldu - Cəbhədə son vəziyyət

Moskvada koronavirusdan daha 13 nəfər öldü

Braziliyada koronavirusdan ölənlərin sayı 136 min nəfəri ötdü

Qazaxıstanda koronavirusa yoluxanların sayı 110 minə yaxınlaşır

İtaliyada parlamentarilərin sayına dair referendum keçiriləcək

Tramp ABŞ-ın "Oracle" şirkətinə "TikTok"u almağa razılıq verdi

Londonda yeni karantin və peyvəndləməyə qarşı etiraz: 32 nəfər saxlanıldı

Tramp: "ABŞ-Kanada sərhədi yaxın zamanda açılacaq"

Moskvanın hava limanlarında 33 aviareys ləğv edildi və ya təxirə salındı

Avtobusun çaya düşdü: 14 nəfər öldü

Özbəkistanda koronavirusa yoluxanların sayı 50 min nəfəri ötdü

Azərbaycanda avtomobil benzinin istehsalı artıb

Günün qoroskopu: daha neytral işlə məşğul olun

Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək – AzTV-nin efirində Qarabağ MÜZAKİRƏSİ

Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb