AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Kərəm Həsənovun Əziz Əzizov planı ölkə prezidentinin əleyhinə işləyir

  365

Əziz Əzizovun Cəlilabaddan Bakının Yasamal rayonuna gətirilməsi ayrıca olaraq maraq doğurdu. Uzun müddət Yasamal rayonu icra hakimiyyətinin başçısı postu boş qaldı.

Bir müddətə maraqlı qüvvələr bu vəzifədə özünü və yaxud öz adamını görmək üçün xeyli çaba sərf etdilər. Mediada da bu barədə çoxlarının piar kompaniyası həyata keçirildi. Amma, fevral ayında Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun bu vəzifəyə təyinatı bütün müzakirələrə son qoydu. Ə.Əzizovun Yasamal rayonuna rəhbər təyin olunmasından bir il ötür və ötən bir ildə xüsusi uğuru ilə fərqlənməyən icra başçısı indiki həssas dönəmdə yeni narazılıq ocağı yaratmaqdadır. Bunun detalları haqda bir qədər sonra.

 

6 yerdə aparılan tikinti bumu, deputat Malik Həsənov Yasamalda iş başında

 

Ə.Əzozovun Yasamal RİH-nin başçısı postunda yerləşdirilməsi ilə qane olmayan komitə sədri, başçı müavini postlarına da öz yaxın adamlarını yerləşdirmək, bununla da rayon ərazisində tam söz sahibi olmağa çalışır. Komitə sədrinin öz xalası oğlunu başçı müavini postunda məhz bu məqsədlə yerləşdirildiyi vurğulanır. Bilgili qaynağın bildirdiyinə görə, komitə sədri bununla icra hakimiyyəti sistemində tam olaraq söz sahibi olmağa çalışır. K.Həsənovun Yasamal RİH-də həyata keçirdiyi dəyişikliklər onun rayon ərazisində şəxsi maraqları çərçivəsində ciddi addımlar tacağını göstərir. Mənbə komitə sədri onun qardaşı Malik Həsənovun hazırda bir tək Yasamal rayonu ərazisindəki 6 fərqli məkanda tikinti işləri apardığını vurğulayıb. Bununla bağlı verilən məlumata görə, bura həm çoxmərtəbli yaşayış binalarının, həm də iri biznes mərkəzlərinin tikintisi daxildir ki, yaxın gələcəkdə bu işlərin daha miqyaslı xarakter alacağı gözlənilir. Komitə sədri və onun qardaşı Yasamal rayonu ərazisində daha bir neçə nəhəng yaşayış və biznes kompleksi inşa etmək niyyətindədirlər. Komitə sədrinin Yasamal RİH-də həyata keçirdiyi vəzifə dəyşikliklərinin də məhz bu planlarla bağlı olduğu şübhəsizdir. Başqa sözlə desək, komitə sədri milyonalarla vəsait sərf edəcəyi ərazidə siyasi-inzibati baxımdan da sözün məhz ona məxsus olmasından əmin olmağa çalışır. Görünən odur ki, Yasamal rayonunun yaxın gələcəkdə özü boyda tikinti meydançasına çevrilməsi ehtimalı var ki, bu meydançanın da sahibi K.Həsənovdur.

 

“Sovetski”də yeni söküntü bumu: İcra başçısının adamları toplayıcı rolunda

 

Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində işlərin birinci mərhələsində 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektləri dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb. Bunu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində, A.M.Şərifzadə 33 və İ.Zülalov 19 küçəsinin sakinləri ilə səyyar qəbul-görüşdə bildirib. İcra başçısı söküntü işlərinin II mərhələsinin də həyata keçirildiyini və hazırda 1920 evin sakinlərilə əldə edilmiş razılığa əsasən satın alındığını nəzərə çatdırıb. İcra başçısı hazırda ikinci mərhələdə 13 hektar ərazini əhatə edən söküntü ərazisində də yeni yolların çəkildiyini, yaşıllaşdırma və abadlıq işlərinin aparıldığını və yaxın vaxtlarda görülən işlərin yekunlaşacağını sakinlərin diqqətinə çatdırıb. Ə. Əzizov III mərhələdə 11 hektar ərazini əhatə edən söküntü ərazisində də işlərin davam etdiriləcəyini bildirib. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə “Sovetski”də aparılan söküntü işlərində icra başçısına yaxın şəxslər fəal iştirak edirlər. Belə ki, ərazidəki xirda metal qalıqları belə Ə.Əzizovun adamları tərəfindən toplanır və bəzən o özü də bu prosesə nəzarət edir.

 

İcra başçısı sökür, vətəndaşlar narazılıq edir

 

Bildirək ki, köçürmənin birinci mərhələsi 2017-ci ilin yayında başa çatıb və 4 min 300 ailə ərazidən çıxarılıb. Köçürülən ailələrə hər kvadratmetrə 1500 manat kompensasiya ödənilib. Ancaq məbləğin az olmasına etiraz edən, verilən vəsaitlə ev ala bilməyən xeyli sayda ailənin hələ də təyin olunan kompensasiyanı almadığı bildirilir. Onların bir çoxu hələ də ya qohumlarının evlərinə sığınıblar, ya da ucuz kirayələrdə yaşayırlar. Buna baxmayaraq, artıq Yasamal Rayon İcra Hakimiyyəti köçürmə işlərinin ikinci mərhələsinə başlayıb. Bu mərhələdə daha 2 min evin köçürülməsi prosesinin həyata keçiriləcəyi gözlənilir. Bununla bağlı İcra Hakimiyyəti tərəfindən məhəllə sakinlərinə xəbərdarlıq da edilərək, bildirilib ki, ərazidə yaşayan ailələrə yenə hər kvadratmetrə 1500 manat kompensasiya ödəniləcək.

 

Bu da “Sovetski”də yaşayan bir çox ailənin narazılığına və narahatlığına səbəb olub. Məhəllə sakinləri köçürüldükləri halda, verilən kompensasiya ilə yaşamaq üçün ev ala bilməyəcəklərindən, evsiz qalacaqlarından narahatdırlar. Çünki ərazidəki evlərin bir çoxunun sahəsi kiçik olduğundan, verilən kompensasiya ilə nəinki indi yaşadıqları mərkəz ərazilərdə, heç ucqarlarda belə normal şəraiti olan mənzil almaq mümkün deyil. Nəzərə alsaq ki, 2014-cü illə müqayisədə tikinti materialları bazarında qiymətlər xeyli bahalaşıb, sahəsi kiçik olan mənzillərdə yaşayanların verilən kompensasiya ilə özlərinə ev tikməkdə belə çətinliklə üzləşəcəkləri şübhə doğurmaz. Ona görə də sakinlər hər kvadratmetrə kompensasiyanın ən azı 2 min manata qaldırılmasını, sahəsi kiçik olan mənzillərə 2500 manatdan hesablanmasını xahiş edirlər. Ya da sahəsi kiçik olan evlərdə yaşayanlara əraziyə yaxın binalarda 2 otaqlı mənzillər verilməsi arzusundadırlar. Sakinlər Yasamal rayon İcra Hakimiyyətinin məsul şəxslərinin onların evlərini tərk etməyə məcbur etmək üçün dözülməz şərait yaratdıqlarını bildirirlər: “Bizim hüquqlarımız pozulur, evlərimizdən çıxmağa məcbur etmək istəyirlər. Qazımızı, suyumuzu tam kəsiblər. Elektrik xətlərini hər gün gəlib kəsirlər. Camaat bir təhər bərpa edir, yenə kəsirlər. Məqsədləri odur ki, məcbur qalıb evlərimizi tərk edək. Bir çox insan məcburiyyət qarşısında qohumlarının evlərinə, kirayəyə köçməli olub. Qalanlarını da buna məcbur etmək üçün gecələr hətta evlərimizin pəncərələrini daşlayırlar. Bizim harada və necə yaşayacağımızla maraqlanmırlar”.

 

Sakinlərin sözlərinə görə, əraziyə göndərilən məsul şəxslər insanları aşağılamaqdan belə çəkinmirlər: “Hörmətli prezidentimiz, eləcə də birinci vitse-prezident Mehriban xanımın sadə insanlara nə qədər qayğı ilə yanaşdığının hər gün şahidi oluruq. Prezident dəfələrlə çıxışlarında da məmurlara xəbərdarlıq edib ki, özlərini xalqın ağası kimi deyil, xidmətçisi kimi aparsınlar. Ancaq əraziyə gələn İcra Hakimiyyətinin məsul şəxsləri vətəndaşların şikayətlərini dinləmək belə istəmirlər. Deyirik ki, bizə təklif olunan kompensasiya ilə ev almaq mümkün deyil. Deyirlər ki, “indiyədək quş damında yaşayırdınız, indi də gedin bir yer tapın yerləşin”.

 

Redaksiyamıza daxil olan məlumata görə, Yasamal rayonu ərazisindəki söküntü işlərinə birbaşa icra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Rüfət Əhmədov nəzarət edir. Rüfət Əhmədovun bu vəzifəyə qədər Kərəm Həsənovun şirkətlərində çalışıb. Kərəm Həsənovun kəndçisi və qohumu olan Rüfət Əhmədov Həsənov qardaşlarının qara kassalarından biri kimi ad çıxarıb. Belə ki, Kərəm və Malik Həsənov qardaşlarının əsas pul yığan şəxs olduğu bildirilən Rüfət Əhmədov Əziz Əzizovun Yasamal rayon icra başçısı təyin edildikdən sonra Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəhbər təyin edilib. Görünür, Kərəm Həsənov pul məsələlərində o qədər də Əziz Əzizova güvənmədiyi üçün, yanına qohumunu yerləşdirib…

P. S. Yuxarıda qeyd olunan faktlar təsdiq edir ki, Kərəm Həsənov Əziz Əzizovu Yasamal rayon icra hakimiyyətinə başçı gətirməklə rayonda onsuz da ağır və dözülməz olan vəziyyəti xeyli çətinləşdirib. Ölkə Prezidenti Yasamal rayonda hökm sürən dərəbəyliyi aradan qaldırmağa çalışdığı vaxtda Cəlilabadı tam xaraba və zəlil günə qoymuş Əziz Əzizovu buraya tövsiyyə etməsi əslində ölkə Prezidentinin Yasamalda nəzərdə tutduğu yenilənmə planına qarşı ciddi təxribat oldu və rayonun inkişafına ciddi zərbə vurdu.

 

Baxın, Əziz Əzizov işlədiyi bir ildən çox vaxt ərzində Yasamal rayonunda heç bir yeniliyə nail olmayıb, rayon inkişafdan qalıb, insanlar dövlətdən narazı salınıb, rayon ərazisini zibillik basıb, amma başçının özünün və himayədarı Kərəm, Malik Həsənov qardaşlarının Yasamalda geniş imkanlar qazanmalarına kifayət qədər şərait yaradıb. Rayon əhalisi icra başçısının qazanc əldə etmək ehtirasının qurbanlarına çevrilib. Ə. Əzizov hazırda məhəllələrdə əhali ilə mənasız göruşlər keçirib, xalqa nağıl danışır. Maraqlı odur ki, icra başçısının danışdığı nağıllara nə onun özü, nə də Yasamal əhalisi inanır. Yasamalda baş verən mənfi hadisələr isə ölkə Prezidentindən gizlədilir.

 

Demokratik Müsavat.com

Xəbər Lenti

Azərbaycanda güclü zəlzələlər bu ZONALARDA ola bilər

Xüsusi rabitə növlərindən istifadə qaydaları təsdiqlənib

"Qalatasaray"dan Fransa klubuna

Rusiyada deputat və həyat yoldaşı qətlə yetirildi

Bankın iflas prosedurunun başlanması qaydası

"Fənərbağça"nın futbolçusunun arvadı hamamdan VİDEOsunu paylaşdı

Konstitusiya Məhkəməsi hesabat verdi

Kimsəsiz küçələr, boş marketlər, maskalı insanlar - Uhandan SON FOTOLAR

Azərbaycan və Səudiyyə Ərəbistanı informasiya sahəsində əməkdaşlığa böyük önəm verir - FOTO

Muğam Mərkəzi “Muğam... Nəsillərdən nəsillərə” adlı yeni layihəni təqdim edir

Zurabişvili: "Gürcüstanla Azərbaycan arasında liman sahəsindəki sıx münasibətlər iki ölkənin gələcək inkişafı üçün imkanlar yaradır"

Stadnik millidən kənarda

Nikol Paşinyanın özünüifşası - Anti-Soros fəalı həbs edildi

Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi davam edir

İranda PUA qəzaya uğradı - VİDEO

Muğam Mərkəzində nasir, publisist Xeyrəddin Qocanın 70 illiyi qeyd ediləcək

Azərbaycan Premyer Liqasında 10 komanda olacaq

Avtomobil qəzasında ölən məşhur azərbaycanlı müğənninin oğlundan XƏBƏR VAR - FOTO

Yeni hücumçunun "Qarabağ"da ilk seçimi

Ağakərimin səhhəti necədir? - Oğlu DANIŞDI - VİDEO

"Müsavatçı namizədlərin seçki prosesinə ləkə vurmaq cəhdləri müəyyən dairələrin sifarişidir" - Bəhruz Quliyev

Hərbi hissələrdə zirehli və xüsusi texnikaların vəziyyəti yoxlanılır - FOTO

Azərbaycan dəmir yolunda qatarlar koronavirusla bağlı dezinfeksiya olunur

Piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutuldu

Antarktida yenidən tədqiq olunacaq

Süleymaninin qətlini kurasiya edən kəşfiyyatçı ölüb?

"Kəpəz Kuboku 2020" regional incəsənət müsabiqəsi keçirildi - FOTO

Türkiyədə daha bir güclü zəlzələ - Əhali təşvişdə

Mafiya 2 gecədə 48 nəfəri küçədə güllələdi - FOTO

Bakıda əri ilə dalaşan qadın komaya düşüb - Məşhur müğənni "AYILDIB" - FOTO

Qətər əmiri yeni Baş nazir təyin etdi

İranda koronavirus ehtimalı ilə bağlı iki əcnəbi nəzarətə alındı

Əvvəl körpə nəvəsini, sonra gəlinini öldürən qadın: “Məni buraxın gedim...” - VİDEO

Əməkdar artist ölən həyat yoldaşı barədə: O dünyadan gəlmişdi... - FOTO

Müttəhim məhkəmədə marixuana yandırdı, hakim "tüstüyə düşüb", qəhqəhə çəkdi

"Mən o yolu getmirəm, o həyat tərzini seçən insanlar ..."

Rusiyada oxumaq istəyənlər üçün sənəd qəbuluna başlanıldı

Arif Quliyevin xanımı və nəvələri - FOTO

İranda zəlzələ oldu

Koronovirusun mənbəyi olan bazardan iyrənc görüntülər - FOTO

Günel Zaur barəsində: "Şəxsi məsələləri “şitlik” dərəcəsinə gətirib çıxarır”

Zibilləyənlərə qarşı zibilləmə mübarizəsi: Bura zibil atanın... - VİDEO

Ana 8 aylıq qızını 5 min dollar satarkən tutuldu

Müsavat AKM cinayәt әmәllәri ilә Almaniyaya xәyanәt edib - MÜHACİR QALMAQALI yenidən gündəmdə

"Deputatlıq mandatına görə yıxılmısınız bir ananın ayağının altına, gəlin mənim..." - FOTO

Bülənt Ərsoya 100 minlik üzük bağışlayan Nigar kimdir? - FOTO

AFFA İcraiyyə Komitəsinin yeni tərkibi məlum oldu

Tramp Ərdoğana başsağlığı verdi

"Greencard" almaq istəyənlərə PİS XƏBƏR - Qaydalar sərtləşdirilir

"Mən məzuniyyətə çıxıram, xahiş edirəm darıxmayın"

“4 gün içərisində halı dəyişdi” - Quduzluğa yoluxaraq ölən 4-cü sinif şagirdinin anası - VİDEO

Aİ-nin Şərq Tərəfdaşlığı Avropa Məktəbinə növbəti qəbul başlanıb - Təhsil ödənişsizdir

Bank of Baku Milli KSM Mükafatına layiq görüldü!

Təyyarə hava boşluğuna düşdü, 3 nəfər yaralandı

Çin ordusu Uhanı mühasirəyə aldı, şəhəri tərk edənlər vurulur

“Analizdən əvvəl cinsi əlaqədə olduğuma görə, dopinq testinin nəticəsi yanlış çıxıb”

“Üç fərqli qadını sevmişəm” - Nazim Pişyari - VİDEO

Kobi Brayantın adı əbədiləşdiriləcək

Türkiyə və Azərbaycan halal sertifikatının hazırlanması sahəsində əməkdaşlıq edəcəklər

Xalq artisti: "Ailə qurmayım deyə, kənddən çıxıb getdim"

Şirin Nexamiya Mixaeli: "Ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək"

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir

Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçildi

“Şamaxıda yeni stadion tikiləcək” - Rövnəq Abdullayev

Ölümcül xəstəliyin mənbəyi bilindi

Superliqa klubunda yeni baş məşqçi

Prezident oğlunun evlilik təklifi etdiyi Azərbaycanın xalq artisti ÜZƏ ÇIXDI - FOTO

Kobi Brayantın ölümü illər əvvəl məşhur cizgi filmində - VİDEO

Kobi Brayantın ölümü illər əvvəl "Simpsonlar"da - VİDEO

Ermənilərin Şuşa yaxınlığında mülki vertolyotu vurmasından 28 il ötür

İranda avtobus aşdı: ölən və yaralananlar var

Ərdoğanın Kobi Brayantla bağlı paylaşımı - FOTO

İŞİD İsraili hədələdi: “Kimyəvi silah poliqonu edərik”

30 şahzadəni casus bilərziklə izləyir - Sensasion iddia

Rafael Dadaşov yenidən xəstəxanaya yerləşdirilib

278 nəfər deputatlığa namizədliyini geri götürüb

Çexiyada 4 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

Neftaçalada "Mercedes" və "Kia" toqquşub, biri yanıb

Su-30 qırıcısı qəzaya uğrayıb - ölənlər var

Azərbaycan qurudulmuş xurma ixrac edəcək

Basketbol üzrə Olimpiya Təsnifat Turnirinin yeri dəyişdirildi

Brejnevin rezidensiyası satışa çıxarıldı

"Barselona" hücumçusunu satdı - "Roma"ya

“Trabzonspor”un hücumçusu Premyer Liqaya qayıdır?

Gəncədə iki qardaş bir-birinə bıçaqla xəsarət yetirib

Dünya çempionumuz MDB-nin ən yaxşı döyüşçüləri siyahısında

AFFA yeni rəhbərliyi seçir

Hacıqabulda daha bir avtoqəzada piyada ölüb, sürücü qaçıb

Şəhriyar Məmmədyarovdan qələbə

Məğlubiyyətdən qaçdı - “Sivasspor”

Bakının Nəsimi rayonunda üç avtomobil toqquşub - FOTO

“Borussiya” Əmrə Canın keçidini razılaşdırdı

İran yerli peykini buraxmaq üçün poliqon hazırlayır

Çadda silahlıların hücumu nəticəsində 6 nəfər həlak olub

Çində koronavirusdan ölənlərin sayı 106-ya çatıb

Türkiyədə 130-a yaxın qanunsuz miqrant saxlanılıb

Ermənistanda 9 nəfər restoranda dəm qazından zəhərlənib

ABŞ-ın kiçik hərbi təyyarəsi Əfqanıstanda qəzaya uğradı

Bərdədə 2 əl qumbarası tapılıb - FOTO

Terrorçular Suriyada neft anbarlarına hücum ediblər

Günün qoroskopu: Özünüzü yormayın, bu gün enerjinizi qorumağınız vacibdi

Azərbaycanda ağır qəza, ölənlər var - İkisi qardaşdır

Ən bahalı əl işi 7 min manat olub - Sənətkar ağacoymanın özəlliklərindən danışdı REPORTAJ - VİDEO - FOTO

Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

Vüsalə Əlizadə açıq-saçıq geyimlərindən yazdı: "Soğan qabığı kimi…" - FOTO

"Sabina" mağazalar şəbəkəsi satıldı

Millimiz Şimali Makedoniya yığmasını ikinci dəfə məğlub edib

Koronavirus bütün Avropanı təşvişə salıb

Ölümcül virusun mikroskopik görüntüləri yayıldı - FOTO

ÜST yeni koronavirusla yoluxma riskinin qiymətləndirməsini qaldırıb

Evdən 3 uşağın meyiti tapıldı - Müəmmalı ölüm polisləri çaşdırdı

Yeni ailə quran qadın ata evində özünü asdı - Azərbaycanda

Böyük Britaniyada yeni sikkələr dövriyyəyə buraxılacaq

Türkiyədəki zəlzələdən sonra Avropa Birliyindən "Copernicus" qərarı

Dilarə ehtiraslı “İnstagram” şəkli ilə gündəmə gəldi - FOTO

Xalq artisti qızına ad günü edib - FOTO

Paşinyana kəskin nevroz diaqnozu qoyuldü

Ruhani: "Heç bir ölkə İranın bu qədər davam gətirəcəyini düşünmürdü"

Azərbaycan Prezidenti: Çoxqütblü dünya sabitliyə zəmanətdir

Prezident İlham Əliyev: Neftin qiymətinin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir

Çində koronavirusla mübarizədə vacib addım atılıb

“Taliban” təyyarənin vurulmasına görə məsuliyyəti üzərinə götürdü

ABŞ-da koronavirusa yoluxanların sayı beşə çatıb

Ölümcül virus bu ölkələrə sıçradı: Ərəbistan, Dubay, İngiltərə...

Elazığda təhsil alan tələbə: Azərbaycan Prezidenti bizi çox böyük təhlükədən qurtardı - FOTO

Canlı efirdə aparıcıya SEVGİ ETİRAFI - VİDEO - FOTO

"XOCALI TARİXİN QAN YADDAŞI" beynəlxalq sərgi ilk olaraq Biləsuvar rayonunda baş tutacaq

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsi - VİDEO

“Çahargah” muğamı təqdim edildi - Muğam axşamları

Azərbaycanda bu il avtomobil istehsalının həcmi artacaq

Dembele iki aydan sonra qayıtdı

Fırıldaqçılara inanmayın və ucuz toyuq əti almayın - VİRUS TƏHLÜKƏSİ, NECƏ QORUNMALI?

Azərbaycan vətəndaşları əsasən hansı ölkələrə səfər edirlər?

“Əl çəkin camaatın canından” - Elnarə Xəlilova

Yəhudilər Almaniyanı kütləvi şəkildə tərk edə bilər... - Berlindən ciddi xəbərdarlıq

"Qarabağ" italiyalı hücumçuya təklif yollayıb

“Muğam... Nəsillərdən nəsillərə” layihəsi reallaşacaq