Baş həkim Beyləqan səhiyyəsini iflic vəziyyətə salıb- İTTİHAM VAR
 

 

 

 

Beyləqanda baş həkim cib yox, həm də baş kəsir

 

 

Bu gün ölkənin əksər xəstəxanalarında rüşvətxorluq və özbaşınalıq hökm sürür. Bəzi baş həkimlərin səriştəsizliyi, pula hərisliyi və qanunlara əhəmiyyət verməməsi isə dəhşətli facilər yaradır. Bunun üçün zəmin hazırlayır. İnsanlarımız sağalmaqliq üçün xarici ölkələrə üz tuturlar. İnsanları ölkədən xaricə müalicəyə qaçmağa məcbur edən tibb ocaqlarından biri də Beyləqan Rayon Mərkəzi Xəstəxanasıdır.


Rayon sakinlərinin verdiyi məlumata görə, xəstəxanada əhaliyə normal tibbi xidmət göstərilmir, əvəzində vətəndaşların cibi soyulur. Bunlar isə xəstəxana rəhbərliyindən narazılıqları artırır. Adıçəkilən səhiyyə ocağı ilə bağlı müxtəlif mətbuat orqanlarına, eləcə də bir sıra dövlət qurumlarına ünvanlanan şikayətlərin ardı-arası kəsilmir.


Beyləqan sakinlərinin sözlərinə görə, xəstəxananın baş həkimi Əli Məmmədov cərrah kimi pis cərrah deyil, sünnət edir, qulaq deşir, saxta sənəd verib, rüşvət alır, hətta doğum işinə də baş vurur, xəstəxanada doğum şöbəsində çalışan  3 işçinin hərəsindən ayda 1000 manat aylıq alır, ayda xeyli benzin satır, dövlət hesabına xəstələrə verilən dərmanları pulla satdırır, yəni pul çıxan qara əməllərdə baş həkim öndə gedir. Amma baş həkim kimi bacarıqsızdir və idarəçilik fəaliyyəti sıfıra bərabərdir. Məhz idarəçilik təcrübəsi olmadığından xəstələrdən pul çırpışdırmağı özünə qənimət sayan baş həkim dövlətin bu istiqamətdə ayırdığı vəsaiti qayçılamaqla kifayətlənmir. Əli Məmmədov müxtəlif dərman firmaları ilə sövdələşərək xəstələrə firma dərmanlarını sırıyır.


Xəstələr bildirir ki, dövlət tərəfindən xəstəxanaya ayrılan müxtəlif adda dəriman pereperatlarını və digər tibb ləvəzimatlarını qardaşına məxsus aptekdə satdırır. Xəstələrinə bahalı dərmanlardan ibarət resept yazan Əli Məmmədovun məqsədi bu yolla daha çox gəlir əldə etməkdir. Belə ki, bütün firmalar bu reseptlərə görə həkimlərə faiz ödəyir. Əli Məmmədovun baş həkimə yaraşmayan hərəkətlərə bunlarla bitsəydi, bəlkə də zəmanənin günahlandırmaq, günahı nazirliyin boynuna yıxmaq olardı. Amma təəssüflə qeyd edək ki, Əli Məmmədov həm də sabiq icra başçısı, əxlaqsizlığına və digər pis əməllərinə görə vəzifədən qovulmuş Vaqif Abdullayevin hərəmxanəsinin təminatı ilə məşğul olan şəxslərdən biridir.


Ötən il media yazırdı ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasında Əli Məmmədovun imza atdığı maliyyə maxinasiyaları heç də kiçik kəmiyyətlə ölçülmür. Bu prosesin ilkin mərhələsi isə tibbi avadanlıqların alınmasından başlayır. Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına tibbi avadanlıqların alınması üçün 16255 manat pul ayrılıb. Bu işlər də "Araş Medikal” MMC-nin imkanları hesabına qarşılanıb. Avtomobil və digər avadanlıqların satın alınması prosesi isə "Aysu-2” MMC-yə həvalə edilib. Bu yolla da ayrılmış vəsait 17905 manat baş həkimin cibinə keçib. Yəni avtomobil və avadanlıq satın alınması sadəcə sənəd üzərində-formal aparılıb.
Əli Məmmədovun eyni şirkət vasitəsilə yumşaq inventarların alınması üçün 13772 manat xərclədiyini vurğulayan məlumatlı şəxsin deməsinə görə, baş həkim bərk inventarların alınması üçün ayrılmış vəsaitə də göz dikib: "Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi bu zaman "Paritet” MMC vasitəsilə daha 23820 manat əldə etməyə müvəffəq olub”.


Baş həkimin törətdiyi cinayət xarakterli işlər bununla bitmir. Beyləqandan verilən məlumata görə, baş həkimin benzin maxinasiyası da faciəyə səbəb olub. Təcili yardım avtomobillərinə ayrılmış benzin satılaraq baş həkimə verilir. Sürücülər təcili yardım maşınına yanacağı öz hesablarına vururlar. Çağırışların birində təcili yardım maşınında benzin qurtardığına görə maşın yolda qalıb, maşında olan ağır xəstə xəstəxanaya vaxtında çatdırılmadığından vəfat edib.
Bir neçə il əvvəl isə diri adamın morqa göndərilməsi böyük qalmaqala səbəb olub.


2017-ci ilin əvvəlində Beyləqan Rayon Mərkəzi Xəstəxanasında aparılam maliyyə yoxlamaları zamanı ciddi korrupsiya hüququpozmaları aşkarlandı. Beyləqan rayon xəstəxanası bir aydan çox təftiş olundu.
Qeyd olunur ki, Maliyyə Nazirlyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyi tərəfindən Beyləqan rayon Mərkəzi xəstəxanasında aparılan yoxlamalarda baş həkim Əli Məmmədovun ciddi maliyyə pozuntularına yol verdiyini aşkarladılar. Xəstəxanadan adının çəkilməsini istəməyən şəxsin verdiyi məlumata görə, ortaya çıxan maliyyə pozuntuları o qədər böyük olub ki, baş həkim şöbə müdirlərindən və tibb personaldan "hərəkətə” gəlməyi tələb edib.


Düzdür, dövlətə dəyən maddi ziyan Əli həkim tərəfindən ödənilib. Ancaq böyük yeyinti faktlarını dəymiş maddi ziyanı ödətməklə bağlamaq olmazdı. İş mütləq Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilməli idi.Əgər bu baş versəydi Əli Məmmədov baradə cinayət işi başlanmalı idi.


Görünür, Maliyyə Nazirliyinin işçiləri yekun nəticəni Baş Prokurorluğa göndərməkdə maraqlı olmayıb. Çünki maraqlar təmin olunanda Maliyyə Nazirliyi də məsələyə aydınlıq gətirə bilmir, o cümlədən baş həkim Əli Məmmədov da məsələnin yerində həll olunması üçün işçilərdən xeyli pul yığmaq zorunda qalıb.

 

Güman edirik ki, nazir və rayonun icra başçısı Əli Məmmədovun qeyd etdiyimiz və etmədiyimiz bəd əməllərinin ifşa olunmasına və cəzalanmasına biganə qalmayacaqlar. Beyləqan Xəstəxanasının rayon əhalisinə xidmət etməsinə nail olacaqlar.

 

Yazının ardı var

 

Demokratik Müsavat.com

0.17616891860962