Güclü hakimiyyətin gücsüz müxalifəti

 

Müxalifətin mitinq çağırışına ancaq öz qohumları qoşulur

 Zaman-zaman müəyyən pozucu qüvvələr, xüsusilə , "beşinci kolon" ölkəmizdə pozuculuq aktları törətməyə, ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərir. Ancaq mövcud faktlar sübut edir ki, xaricdən təlimat alan bu antimilli qüvvələr öz məkrli istəklərinə nail ola bilməyiblər. Çünki xalq-hakimiyyət birliyi möhkəm əsaslar üzərində qurulub. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Demokaratik Cumhuriyyətinin 101 – ci ildönümünə həsr olunmuş qəbulda xarici havadarlarının buyruğu ilə hərəkət edən dağıdıcı ünsürlər barədə deyib: "Əfsuslar olsun ki, ölkəmizdə fəaliyyət göstərən "beşinci kolon" xüsusilə, bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə zərbə vurmağa çalışırlar. Çalışırlar, amma heç alınmır. Ancaq özlərini ifşa edirlər. Bir daha göstərirlər ki, onlar Azərbaycan dövlətinin düşmənləridir, bir daha göstərirlər ki, dövlətə qədər pis olsa, onlar üçün bir o qədər yaxşıdır".

Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın dağıdıcı müxalifətinə verdiyi qiymət tamamilə doğru məntiqə uyğundur. Yəni müxalifət düşərgəsini təmsil edən qüvvələr daim ölkəmizdə xoşagəlməz hadisələr törətmək istəyirlər. Heç kimə sirr deyil ki, ölkədə qarışıqlıq salmağa çalışan dağıdıcı müxalifət daim xarici havadarların göstərişlərini icra edirlər. Beşinci kolon" Azərbaycan dövlətinin çox pis gündə olmasını arzulayır bunun üçün çalışır. Bu qüvvələr olmayan gücləri ilə çalışırlar ki, Azərbaycan dövlətinin inkişafına əldə etdiyi uğurlara kölgə salsınlar. Amma onların istəmələrindən asılı olmayaraq, bu mənfur qüvvələr inkişaf etmiş Azərbaycan dövlətinin əldə etdiyi uğurlara zərbə vura bilməyəcəklər. Pislik elə onların özlərinə qalacaq. Hər kəs yaxşı başa düşür ki, "Beşinci kolon" xarici havadarlarının əlində alətdir. Həqiqətən , bu, inkaredilməz faktdır ki, müxalifətin mitinq çağırışına ancaq öz qohumları qoşulur.

Xaricdə oturub havadarlarının buyruğunu yerinə yetirənlər dayanmadan ölkəmizə qarşı hər cür çirkin kampaniya aparmaqdan çəkinmirlər. Belələrindən biri Sevinc Osmanqızıdır. Bu, həmin xanımdır ki, əxlaqı tərbiyəsi haqqında inkarolunmaz hadisələr danışılır. Hətta xarici informasiya mənbələri Sevinc Osmanqızının əxlaqsız fotoloranı videomateriallarını yayırlar. Görün, bu insan ölkə müxalifətini necə tənbeh edir nələr deyir? Xanım müxalifəti danlayaraq qeyd edir ki, “UEFA Avropa liqasının 29 mayda Bakıda keçirilən oyununu xaricdən izləməyə minlərlə jurnalistlər gəlmişdilər. Həmin vaxt xalqı etiraz mitinqlərinə qaldırıb, etiraz dalğasını gücləndrməklə diqqəti hakimiyyətin üzərinə cəmləşdirmək olardı, amma ölkə müxalifətinin bunu etməyə marağı oldu, istəyi, bəs bu müxalifət bu imkandan niyə istifadə etmədi, bunun səbəblərini araşdırmaq lazımdır!..”

Sevinc Osmanqızından fərqli olaraq Azərbaycan xalqı xarici qüvvələrin əlində oyuncağa çevrilən müxalifəti dəstəkləmir dəstəkləməyəcək. Çünki xalq müxalifətin hansı murdar oyunlardan çıxdığını yaxşı bilir. Yəni xalqımız yaxşını pisdən ayırmağı bacarır. Müxalifət düşərgəsini təmsil edən qüvvələr xaricdə olan havadarlarından asılıdır. Ona görə , həmin müxalifət qüvvələri xarici havadarlarının göstərişləri ilə hərəkət edirlər. Bunun qarşılığında onlar xarici qüvvələrdən maliyyə digər yardımlar alır, faydalanırlar. Onsuz da bütün dünya dövlətləri Azərbaycanın güclü dövlət olduğunu çox gözəl bilir. Lakin bəzi xarici daxili qüvvələrin bu cür yersiz hərəkətlərə əl atması onlara başucalığı gətirməz.

Əlbəttə, Prezident İlham Əliyev müxalifətin etdiyini hansı məkirli planlar qurduğunu cox yaxşı bilir. Bu baxımdan da, Prezident İlham Əliyev müxalifətə qarşı bu cür faktlara əsaslanan fikirlər söyləyir onların üzlərini çılpaqlığı ilə cəmiyyətə çatdırır. Bəziləri hələ köhnə əyyamların həsrəti ilə yaşayırlar. Lakin bunlar xam xəyallardır. Ölkəmiz dünyanın ən etibarlı güclü inkişaf edən dövlətlərindəndir dünyanın inkişaf etmiş ölkələri Azərbaycanla əlaqələrini getdikcə genişləndirirlər. Bu da heç təsadüfü hal deyil. Ölkəmizdə davamlı siyasi sabitlik hökm sürdüyünü hər kəs seyr edir. Dünyanın ən böyük enerji resurslarına kominunikasiya qovşağına malik olan ölkəmiz hazırda Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm körpü rolunu oynayır.

 Mahir Abbas

0.22305917739868