Azərbaycanda teatr sahəsinə ayrılan vəsait 300 faiz azalıb

 

 

Milli Məclisin komitələrinin 2018-ci il üzrə dövlət büdcə zərfinin birgə müzakirəsi zamanı Azərbaycanda teatr və kino sahəsinə dövlət tərəfindən maliyyənin az ayrılmasına narazılıq ifadə olunub.

 
APA-nın məlumatına görə, bunu parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib.
 

O qeyd edib ki, kinematoqrafiyanın inkişafı üçün güzəştlər edilməlidir. R. Hüseynovun sözlərinə görə, bu, zərurətdir.

 

Komitə sədri onu da bildirib ki, teatra ayrılan vəsaitdə əvvəlki illərlə müqayisədə 300 faiz azalma var. O bunun bu sahəyə pis təsir edəcəyini vurğulayıb, bunun heç olmasa yenidən qismən artırılmasının vacibliyini önə çəkib. 

0.15180897712708