Birinci müavin icra başçısı ilə necə “dil tapıb?”

 

 

 

Beyləqanda cənab Prezidentin kadr islahatları prinsipinə xələl gəlir

 

Beyləqanda son 5 ayda cənab Prezidentin tapşırığı ilə görülən abadlıq işlərinin miqyası o qədər güclüdür ki, bu hadisə rayon əhalisinin əhval – ruhiyyəsini tamamilə yüksəldib. İndi rayonda yaşayan hər kəs Prezidentin rayona son səfərindən sonra onun barəsində böyük sevgi və hörmətlə danışır. Bu sevginin nədəni isə, ölkə başçısının tapşırğı ilə rayonda aparılan abadlıq və quruculuq işləri ilə bağlıdır. Rayonun bütün kənd və qəsəbələrinə mavi qaz, su kəməri, ən yüksək  keyfiyyətli asfalt yol örtüyü çəkilib. Sabiq icra başçısının 7 il ərzində rayon əhalisinə vurduğu maddi və mənəvi zərbənin fasadları demək olar ki, son 5 ayda aradan qaldırılıb. Rayona ötən ilin sonlarında təyin olunmuş icra başçısının fəaliyyəti barədə də, hələlik müsbət danışmaq üçün əsaslar var. Şamaxı rayonunda göstərdiyi fəaliyyətlə müqaisədə, bəzi xırda nüansları nəzərə almasaq, Asif Ağayevin Beyləqanda daha korrekt və effektli işlədiyini qeyd etmək olar. Əgər bundan sonrakı dövrdə də icra başçısı hazırda tutduğu prinsiplərlə çalışarsa, rayonda hədsiz dərəcədə korlanmış mənəvi – ictimai, siyasi mühiti qısa müddətdə sağlamlaşdırmaq olar.

 

 İndiyədək icra başçısı işləmiş yeddi icra başçısı Beyləqanda yeddi qəpiklik iş görməyib

 

Sabiq icra başçısının 7 il ərzində rüşvət əsasında həyata keçirdiyi kadr siyasəti Beyləqanda fəaliyyət göstərən bütün kadrların çamura batmasına, rayondakı ictimai – mənəvi mühitin tamamilə sıradan çıxmasına səbəb olması, rayona təyin olunmuş yeni icra başçısını da çətin duruma salıb. Rayonda bütün kadrların ucdantutma vəzifədən uzaqlaşdırılması və onların yerinə sağlam, saf kadrlar gətilməsi üçün ehtiyat kadrlar demək olar ki, yoxdur. Ölkəmiz müstəqillik əldə etdiyi 27 il ərzində rayonda 7 icra başçısı çalışıb və bu icra başçılarının heç biri yeni nəsil gənc kadrların yetişməsi üçün heç bir iş görməyiblər. Əksinə, sovet dönəmindən qalmış az saylı kadrları da sıradan çıxarmışlar – bu kadrların bir hissəsi icra başçılarının rüşvət tələbini yerinə yetirmək üçün rayondakı resursları talamaq kampaniyasına qoşulmağa məcbur olaraq, sümürgən zəliyə çevrilmişlər, digər az bir hissə isə bu sistemə qoşula bilmədiklərinə görə, idarəetmə sistemindən uzaqlaşdırılmışlar. Bax, hazırda rayonda kadr çatışmazlığı çox aydın hiss olunur. İcra başçısı Asif Ağayev işdə ciddi nöqsanlara yol verdiyinə görə, vəzifələrindən azad etdiyi kadrların yerini hələ də boş saxlayır.

 Telman Məstanovun birinci müavin postunda saxlanması cinayətdir  

Lakin kadr çatışmazlığını səbəb gətirib, sabiq icra başçılarının çirkin əməllərinin icraçıları olmuş, rayon əhalisi arasında nüfuzunu itirmiş, idarə, müəssisə, təşkilatlardan, sahibkarlardan, fermerlərdən, xırda ticarətlə məşğul olanlardan, bazar-dükan və mağazalardan mütəmadi rüşvət yığmaq kampaniyasının başında durmuş müavinlərin hələ də icra hakimiyyətində vəzifə kürsüsündə saxlanması düz hal deyil, haqlı olaraq xalqın narazılığına səbəb olur və rayona yeni təyin olunmuş icra başçısına bəslənilən ümidə ciddi, sarsıdıcı zərbə vurur. Məsələn, rayonda baş vermiş bütün çirkin və mənfi proseslərdə kifayət qədər rol oynamasına baxmayaraq, hələ də icra hakimiyyəti başçısının birinci müavini kreslosunda əyləşən Telamn Məstanovun vəzifədə saxlanmasına biyabırçılıqdan başqa özgə ad vermək mümkün deyil. Onu lap yaxından tanıyan mənbənin bildirdiyinə görə, Telamn Məstanov 2006-cı ildə Bakı şəhərində Gənclik metrosunun yaxınlığında yerləşən 2 otaqlı mənzilini sataraq, icra başçısının arvad qohumu Əkbər Şəmmədovun vasitəşiliyi ilə İrşad Əliyevə 20 min manat rüşvət verərək, icra hakimiyyətinin kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş bu vücud həmin dövrdə uzun müddət torpaq subsidiyalarının kütləvi şəkildə mənimsənilməsində icra başçısının maşası rolunu oynayıb. O, bu yolla xalqdan külli miqdarda pul mənimsəyib. Hətta himayədarı, rayon ictimaiyyəti arasında “alkaş” kimi tanınmış İrşad Əliyev vəzifədən getdikdən sonra, onun yerinə gələn icra başçısına (Vaqif Abdullayevə) subsidiyadan qamarladığı pul vasitəsilə altı ( 1 və 5 sıfır) rəqəmlə ifadə olunan rüşvət vermək hesabına birinci müavin kreslosuna əyləşib. Əhalinin verdiyi məlumata görə, o, bu kresloda da icra başçısının “pul kisəsini” doldurmaqla məşğul olub, eyni zamanda, özünün pul kisəsini də doldurmağı təmin edib. Deyilənə görə, rayonda yığdığı pulun 5 faizi onun özünə çatıb. İndi xalq onun rüşvətxorluğu və əxlaqsızlığı barədə dastan danışır. Rayon əhalisi arasında sabiq icra başçısının “mama rozaları” kimi tanınan Aytən Mirzəyeva və Xuraman Rüstəmova ilə bərabər hərəkət edən bu zat, hətta sabiq icra başçısının öz evində gecələməsinə, əxlaqsızlıqla məşğul olmasına belə, şərait yaratması qonşular və rayon əhalisinin dilindən indi də düşmür. Telman Məstanov kimi, nüfunu tam itirmiş şəxs, əslində sabiq müavin Aytən Mirzəyeva və Təhsil şöbəsinin sabiq müdiri Xuraman Rüstəmova ilə bir yerdə vəzifədən qovulmalı olduğu halda, bu gün də birinci müavin vəzifəsi kürsüsündə saxlanması Telman Məstanovu müdafiə edən PA rəsmisinə və icra başçısı Asif Ağayevə zərrəcə faydalı deyil, əksinə, onların nüfuzlarına olduqca ciddi, sarsıdıcı zərbə vurur...

 

Telman Məstanov rüşvətlə topladığı pulla sahibkarlıq fəaliyyətilə məşğildur

 

Beyləqanda Telman Məstanovun barəsində gəzən xoşagəlməz söhbətlər təkcə yuxarıda qeyd etdiyimiz dözülməsi mümkün olmayan hallarla bitmir. Onun rüşvət hesabına topladığı çirkli pullarla sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ölkə mediasının gündəmini zəbt edib. Məlumatlı mötəbər mənbənin bildirdiyinə görə, Telman Məstanov Beyləqan şəhərinin yuxarı başında, şəhərin giriş hissəsində körpünün üzərində yerləşən, vaxtı ilə Sahib İsmayılova məxsus olmuş yanacaq doldurma məntəqəsini Hacı adlı şəriki ilə birlikdə satın alaraq, yanacaq dolurma məntəqəsinin yanğından sonra yenidən qurulmasını təmin edib. Şərikinin deməsinə görə, yanacaq doldurma məntəqəsinin yenidən qurlmasına 700 min manat pul sərf olunub ki, bunun da tən yarısı, yəni 350 min manatı Telmana məxsusdur. Mənbə qeyd edir ki, Telman birinci müavin vəzifəsindən sui-istifadə edərək, özəlləşdirilmiş rayon avtovağzalına məxsus olan ərazidəki yaşıllıqlarda olan  qiymətli ağacları ETSN-in razılığı olmadan, amansızcasına məhv edərək, avtovağzalın ərazisinin bir hissəsini qanunsuz olaraq zəbt edib. Yanacaqdoldurma stansiyasının ərazisini mövcud qanunları pozmaq hesabına genişləndirən Telman Məstanov onun bu hərəkətlərinə qarşı ciddi etiraz edilməsinə baxmayaraq, sabiq icra başçısı Vaqif Abdullayevin himayəsi ilə öz çirkin məqsədinə nail olub və yanacaqdoldurma stansiyasının şərikindən biri kimi, həmin obyekti əhali arasında “tozsevən oğlan” adlandırılan oğlu Vüsal Telman oğlu Məstanovun adına sənədləşdirib. Telman Məstanovun bu cür, hakimiyyət nümayəndəsinə yaraşmayan, hakimiyyəti xalqın gözündən salan qanunazidd hərəkətlərini müşahidə edən rayon əhalisi çox haqlı olaraq, sual edirlər ki, əhali arasında heç bir ictimai və şəxsi nüfuza malik olmayan belə bir əxlaqsız, çirkin əməl sahibi olan adamı hansı keyfiyyətlərinə görə, yüz mindən yuxarı əhalisi, 30 mindən çox qaçqını olan Beyləqan kimi rayona ikinci şəxs təyin edilib?!..

 

Birinci müavin qohum-əqrabasını vəzifələrə yerləşdirib

 

Redaksiyamıza Beyləqandan daxil olan məlumatlarda Telman Qənimət oğlu Məstanovun bəd əməllərindən geniş bəhs olunur. Onun belə bəd əməllərindən biri də sabiq icra başçısı Vaqif Abdullayevə “hər cür” xidmət göstərməklə, öz yaxınlarını müxtəlif vəzifələrə yerləşdirməsidir. Məlumatda bildirilir ki, Azərbaycan Su Təsərrüfatı və Meliorasiya ASC – nin Beyləqandakı idarəsində iki il bundan əvvəl edilən dəyişiklik zamanı birinci müavin yaranmış vəziyyətdən və sabiq icra başçısı ilə olan yaxınlıq münasibətlərindən faydalanaraq, qardaşı Məstanov Ruhid Qənimət oğlini idarətə baş mühəndis vəzifəsinə yerləşdirib. İdarəyə yeni təyin olunmuş Kərimov Asim Camal oğlunun müdir vəzifəsinə keçməsindən daha çox fayda əldə etməyə girişən birinci müavin Telman Qənimət oğlu Məstanov qardaşının təkcə baş mühəndis vəzifəsinə təyin olunması ilə kifayətlənməyib, həmin idarədən aylıq “dolya” ayrılmasına da nail olub. Beləliklə, rayonda yaxşı asan qazanc mənbələrində biri sayılan Su İdarəsini inhisarına keçirən birinci müavin artıq rayona 5 aydır icra başçısı təyin olunmuş Asif Ağayevi də sehrli labirinti vasitəsi ilə ələ aldığı deyilir...

(ardı var)

Mirdaməd

0.23766922950745