Fizioterapevtik müalicə səhiyyənin perspektivli sahələrindən biridir

 

İşimdə tək rəqibim öyrənənədək öyrənmək istədiklərimdir!

 Son zamanlara fəqərələrarası disk yırtığı xəstəliyindən əziyyət çəkən insanların sayı sürətlə artır. İllərlə bu xəstəlikdən əziyyət çəkən insanlar, səhiyyənin acizliyini görüb, türkəçarə üsulların ilə axtarışına çıxırlar ki, bəlkə bu xəstəliyə çarə tapsınlar.

Bu xəstəliyin günü-gündən cavanlaşması da, heç şübhəsiz ki, həm həkimləri həm də insanları narahat edir. Fəqərələrarası disk yırtığı problemi təkcə Azərbaycan üçün xarakterik deyil, bu xəstəliyə tutulan bir çox xəstələr tanıyıram ki, müalicə üçün Türkiyə, İran, eləcə də bir sıra Avropa olkələrinə üz tutublar, sağalanı da var, sağalmayanı da. Onların sözlərinə görə, getdikləri ölkələrdə də, bu xəstəlikdən əziyyət çəkən çox sayda insanlar var. Bəs Azərbaycanda necə, bu xəstəliyə əlac tapmaq mümkündürmü? Mümkündürsə, insanlar niyə əcnəbi ölkələrə üz tuturlar? Mümkün deyilsə, səbəbi nədir? 

Bizi maraqlandıran bu və digər suallara cavab tapmaq üçün tanınmış Fizioterapevt Reabilitoloq Ramin Quliyevə müraciət etdik.

Azərbaycanda az qala kütləvi hal alan fəqərələrarası disk yırtığının yaranma səbəblərinə aydınlıq gətirən Ramin həkim bildirdi ki, "Bel yirtiqlarının cəmi 15 %-i ağırlıq qaldırma zamanı yaranır. Qalan 85 % -i isə az hərəkətlilik, əsəb, stres və düzgün qidalanmama kimi səbəblərdən onurğa sütunu fəqərəarası diskin qidalanmasi pozulur və nəticədə diskdə qırılma halları bas verir. Çunku yediyimiz qidaların tərkibində kifayət qədər vitamin D, kalsi, maqnezium yoxdur, çatişmır". Ramın həkim deyır ki, bu gun müasir texnaloğiyanın, fizioterapevtik prosedurları aparatlarını düzgün təyin etməklə müalicə aparılarsa, o zaman disk yırtıqlarının tam bərpası mümkündür. Lakin tam bərpa üçün kompleks müalicə də mühüm şərtlərdən biridir. 6-7 mm. qədər yırtıqlar tam bərpa oluna bilər. Bunun üçün öncə MRT müayinəsi aparılır, müayinənin nəticələrinə görə təyin olunan diaqnoza əsasən müalicə həyata keçirilir. Yırtığın ölçüsündən asılı olaraq 1, və ya 3 kurs müalicə tətbiq edilir: "Bir il sonra xəstə yenidən MRT olur və həyata keçirdiyimiz müalicənin nəticələrinə baxırıq. Lazım olduqda müalicəni davam etdiririk".

 Fizioterapevtik proseduru hansı həkim təyin etməlidir, Fizeoterapiya ilə hansı xəstəliklərdən xilas ola bilərik kimi suallara aydınlıq gətirən həkim bildirdi ki, bəzən posientlərimiz "mən dəfələrlə fizioterapiya almışam, lakin heç bir xeyiri olmayıb" kimi fikirlər səsləndirirlər. Bu fikirlərə aydınlıq gətirmək, Fizioterapevtik mualicənin təsirinin daha yaxşı olması üçün  müalicənin harada, hansi fizioterapiya cihazlarından istifadə olunmaqla və və prosedurun duzgun təyin olunub-olunmamasına mütləq diqqət etmək lazımdır. Çünki müsbət nəticə bütün bu söylədiklərimdən asılıdır. Ən əsası da proseduru təyin edən həkimin gerçəkdən də fizioterapevt olmasına mütləq diqqət olunmalıdır. "Fizioterapevtik müalicə vasitəsi ilə əzələ skllet sistemindəki ağrılar, funksional çatışmazlıqlar, gücsüzlük, qan dövranı pozğunluqları kimi problemlərdən azad ola biləcəyimiz kimi, bəzən daxili orqanları əhatə edən əzələlərin spazmının yol açdığı xəstəliklərin müalicəsində də müsbət nəticələr əldə oluna bilər.

Məsələn, qarın və mədə nahiyəsində qan dövranının qeyri-kafi olması deyilən qarın boşluğundakı əzələnin sıxılması və daxili orqanların qan dövranının pozması ilə mədə, pankreas, qaraciyər, böyrək kimi xəstəliklər və ya çatişmazliqları da Fizioterapevtik müalicə vasitəsi ilə aradan qaldırmaq mümkündür. Bu baxımdan fizioterapevtik müalicə texnalogiyalarının inkişafı, bütün əzələ və skllet sistemi xəstəliklərinin müalicəsinə imkan yaradır. Bu da yalnız bir toxumada ağrının kəsilməsi üçün elektrik axını verilməklə, o toxumanın yaxşılaşması və şikayətin aradan qalxmasının təmin edilməsi deməkdir.

 «İşimdə tək rəqibim öyrənənədək öyrənmək istədiklərimdir!» -fikirini özünə şüar edən Ramin həkimin sözlərinə görə, keçmişdə lazerlə fizioterapevtik müalicə üsulları, yalnız dərinin bir iki mm altına təsir edə bilirdi. Bu, yalnız əzələ səthi qatında idi. Bu gün artıq dəridən 8-10 sm dərinə qədər təsir edə bilən, o toxumanı sağalda bilən, yaxşılaşdırma gücü yüksək olan cərəyanlarla fizioterapevtik müalicə tətbiq olunmaqdadır.

 Şahnaz Salehqızı

0.16326403617859