Nazirliyin Tərtərdəki iribuynuzlu heyvan bazası heyvan xəstəxanasını xatırladır

 

Həsənova Sevinc:"Mütəxəssislər heyvanların xəstə olduğunu tərtib etdikləri aktla təsdiqləyiblər"

 Son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi özünüməşğulluq proqramından şikayət edənlərin sayı durmadan artır. Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev məsələyə münasibət bildirərkən demişdi ki, ölkə üzrə çəmi 119 heyvanın yararsız olduğu təsdiqlənib ki, bu da çox aşağı göstəricidir. Nazirlik sözçüləri bu məsələni müzakirə edəndə deyirlər ki, vətəndaş aldığı dəyərlilərlə razılaşmayanda onlar geri alınaraq dəyişdirilir. Lakin redaksiyamıza müraciət edən bir neçə şikayətçi bizimlə müdamadi əlaqə saxlayaraq bildirirlər ki, onlar yararsız heyvanlardan imtina etdikdə onlara növbəti dəfə yararsız heyvanlar təklif edirlər.

Belə şikayətçilərdən biri də, dünən redaksiyamıza məktubla müraciət edib. Ucar rayonu Lək kənd sakini Həsənova Sevinc Ələddin qızı ölkə rəhbərinə, birinci vitse-prezidentə, baş prokurorluğa və digər instansiyalara ünvanladığı məktubun bir surətini də redaksiyamıza göndərib.img

Sevinc Həsənova məktubunda bildirir ki, Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Qasım Kamilov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, cinayət əməli törədib: "Belə ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxsə aktivlər (mal və materiallar) təqdim olunan zaman, mənə qoca, xəstə bir baş yanı balalı və bir baş dediklərinə gorə boğaz inək gətirərək, sənəddə isə iki baş yanı balalı inək göstərərək imza etməyimi istədilər. Bildirdim ki, mən öz biznes planımda üç yanı balalı, sağlam (hər birinin dəyəri 1500 manat) inək göstərmişəm. Bunlarsa xəstədirlər və ağizlarında heç dişləri də yoxdur. Onlar da mənə lağ edib dedilər ki, protez diş düzətdirərsən. 22 noyabr 2018-ci il tarixində Əmək və Əhailinin Sosial Müdaiəsi Nazirliyində qəbulda olub, öz şikayətimi bildirdim. 06.12.2018-ci il tarixində xəbərim olmadan həyat yoldışım Ağaəhməd Həsənova hədə-qorxu gələrək mənim əvəzimə imza etdirərək, iki baş yanı balalı arıq, xəstə və yararsız inəkləri ona veriblər. Bu isə qeyri-qanuni məsələdir ki, mənim adıma sənədləşdirilən inəklər həyat yoldaşıma verilsin. Hər iki inəyin döşündən irinli süd gəldiyi üçün mən hər gün onların balalarına pulla süd alıb verirəm. Mən bununla bağlı 25 dekabr 2018-ci il tarixlərdə Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyində olmuşam. Ancaq indiyə qədər heç bir tədbir görülməyib.

İnək və buzovların müalicəsinə dərman almaq üçün borca pul götürmüşəm. Maddi imkansızlıqdan və işsizlikdən özünüməşğulluq proqramına qoşulub təlimlərdə yüksək nəticə əldə edib, sevinsəm də, Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Qasım Kamilovun və bəzi işbazların korrupsiya əməlləri sevincimi gözümdə qoydu.

Buna baxmayaraq, ümidimü üzməmişəm, ona görə ki, İlham Əliyev kimi qüdrətli, ədalətli və mərhəmətli prezidentimiz var. Vətəndaşının qayğısına qalan Prezident, cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində imkansız ailələr aclıqdan və yoxsulluqdan məhv olmayıblar. Mən inanıram ki, bu şikayət ərizəm iştirakımla yenidən araşdırılacaq, mənə qarşı qanunsuzluq edən Ucar rayon Məşğulluq İdarəsinin rəhbərliyi barədə ciddi tədbirlər görüləcək".

S.Həsənova sonda ölkə başçısına xitabən bildirir ki, Sizdən xahiş edirəm, bu şikəyət ərizəmi mənim iştirakımla yenidən araşdırıb, vəzifə səlahiyyətlərindən sui-istiadə edərək, qanunsuzluq etmiş şəxslər barədə qanuni tədbirlər görəsiniz.

Qeyd edək ki, S.Həsənova 2016-ci ildən Ucar rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınıb, 2018-ci ildə özünəməşğulluq proqramı çərçivəsndə təlimlərə cəlb olunub. O, bu ilin may ayında öz biznes planını uğurla müdafiə edib. S.Həsənova Ucar rayonu üzrə ən yüksək balı toplayıb. 5 noyabr 2018-ci il tarixdə ona 1 baş yanı balalı və 1 baş dediklərinə görə boğaz inək gətirilərək, sənəddə isə iki baş yanı balalı inək yazıb imza etməyini istəyiblər, baxmayaraq ki, o, öz biznes planında üç yanı balalı inək göstərib: "Mən onlara bildirdim ki, bu inəklər qoca, xəstə və sayları da mənim biznes-planıma uyğun deyil. Onda onlar bildirdi ki, imtina yaz, imza et. Dedim ki, mən bu heyvanlardan imtina edirəm, layihədən yox. Təklif etdilər ki, o zaman Tərtər rayonuna gəl, baxıb seç. Mən gedib onların dediyi yerə çatanda ele bildim ki, heyvan xəstəxanasına düşmüşəm. 30-40 inək olardı, hamsı yaman gündə idi. Dedim bu nədi, burda bir baş da salamat heyvan yoxdu".img

S.Həsənova baytarlıq idarəsinə gedib heyvanların yoxlanmasını istəyib. 08.12.2018-ci il tarixdə idarə mütəxəssisləri gəlib yoxlayıblar. Mütəxəssislər heyvanların xəstə olduğunu tərtib etdikləri aktla təsdiqləyiblər. 4-5 gündən sonar inəyin birinin boynu əyilib, geri getməyə başlayıb. Digər inək isə yatıb yerindən qalxa bilmir.

Bütün bu ittahamlara cavab almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbovla əlaqə saxladıq. Vətəndaş şikayət ərizəsinin bir surətini nazirliyə göndərdiyini qeyd etsə də, F.Talıbov araşdırma üçün vaxt istədi. Növbəti gün isə telefon zənglərimizi cavabsız qoydu.img

 Mahir Abbaszadə

0.16653800010681