Məmurlar ölkənin simasıdır

 

“Balaca padşahlar” ölkəmizin başının bəalsına çevrilib

 Azərbaycanda bəzi məmurlar özlərini hələ də “balaca padşah” kimi aparırlar. Əslində, padşahların adı beddamdı, padşahlıq dövrü ilə yaxından tanış olanda indiki məmurların xalqa göstərdikləri yarıtmaz münasibətdən, idarəetmədə yol verdikləri qüsur və nöqsanlarda rast, olmur. Hazırkı məmurlar qudurğanlığı, dağıdıcılığı bir kənara atıb, xalqa münasibətdə, idarəetmənin çevikliyini təmin etməkdə, insanlarla birbaşa ünsiyyət qurub, əhalini narahat edən problemləri dərhal həll etməyi ölkə Prezidentindən öyrənməyə cəhd etməlidirlər. Bu idarəetmə metodlarını qısa müddətdə öz fəaliyyətlərində tətbiq etməyi bacarmalıdılar. Ölkə Prezidenti Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətləri sırasına çıxarmaq məqəsədilə lazım olan bütün tədbirləri görür. İnsanlarımızın firavan həyata qovuşması naminə hər cür fəadakarlğı edir. Cəsarətlə ciddi islahatlar aparır, sturuktur islahatlarının səmərəsini artırmaqla, ölkəmizin iqtisadi gücünə əlavə güc qatır. Amma məmurlar ordusu cənab Prezidentin islahatlarına maneə olmaq üçün min bir oyundan çıxır.

Azərbaycan balaca dövlət olsa da, zəngin təbiətə, tükənməz sərvətlərə, əlverişli coğrafi mövqeuə, zəhmətkeş və qonaqpərvər insanlara malikdir. Məhz yuxarıda qeyd etdiyim zənginliklərə görə, ölkəmiz tarix boyu qonşu işğalçı dövlətlərin fasiləsiz hücumlarına məruz qalıb. Bu hücumlar nəticəsində əhalisi və ərazisinə görə, böyük olmasına baxmayaraq, oğuz (azəri) türkləri qədər bir neçə yerə parçalanmış ikinci xalq və dövlət dünyada yoxdur. Bu, hələ də birləşməsi arzu olaraq qalamış böyük parçalanmanın başqa bir səbəb isə, tarixdən məlum olduğu kimi, zaman-zaman padşahlarımızın milləti bir bayraq altında birləşdirmək əvəzinə, parçalayıb bölük-bölük halda hərə bir tərəfdə şahlıq etmək iddiasını gerçəkləşdirmək olub. İndiki məmurların həyat tərzində bu amil bu gün də aşıq hiss olunur. Sanki milli genimizdə qənimətçilik dərin kök atıb və millətin genindən bu nataraz, zəhərli şişi qoparıb atmaq heç də sadə məsələyə oxşamır...

Beş minillik dövlətçilik tarixinə malik olan Azərbaycan XV əsrdə Yaxın Şərqdə ən böyük türk imperiyası olub. Tarixə Azərbaycan Səfəvilər dövləti kimi möhür vurub və regionda ən böyük dövlət kimi yüz ildən çox ömür sürüb, xəyanət nəticəsində süqut edib. Bunu xatırlamaqda məqəsdiim heç də tarixi keçmişimiz barədə geniş şərh yazmaq deyil. Sadəcə, məqsədim millətimizin böyük dövlətçilik ənənələrinin qədim tarixə malik olduğunu yada salmaqdır. Türk millətinin ən cəngavər, ədalətli və döyüşkən kəsimi olan oğuzların (azərilər) dünyanın inkişaf tarixində özünəməxsus yeri olduğunu xatırladaraq, rüşvətxorluq, korrupsiya və digər qanunsuz yollarla ölkəmizin sərvətlərini oğurlayıb xaricə daşıyan məmurlara demək istəyirəm ki, sizin xalqdan oğurlayıb xarici ölkələrə daşıdığınız oğurluq sərvətdən sizə və bütövlükdə sizdən sonrakı nəslinizə heç bir fayda olmayacaq, ingilislərə, yəhudilərə, almanlara, farnsızlara, hollanlara və sairə əcnəbilərin varislərinə qismət olacaq. Odur ki, yetər,  durun!..

Xarici ölkələri özlərinə vətən seçənləri, gələcəyini xaricdə görənləri ittiham etmək fikrində deyiləm. Amma nə qədər yüksək inkişaf etmiş ölkə olmuş olsa da belə, o dövlətlərin heç biri doğma Vətəni əvəz edə bilməz. Nə qədər əziz qonşu, dost dövlət kimi təsəvvür və təqdim etməyə cəhd etsək belə, Rusiya və İran Azərbaycanın inkişaf etməsinə, inkişaf etmiş Qərblə, Avropa ilə iqtisadi inteqrasiyaya can atmasına bütün vasitələrlə maneə olmağı özlərinin başlıca vəzifələri hesab etdikləri kimi, Avropa da, Rusiya və İran kimi, nə qədər mehriban olsaq da, onların səmimiyyətinə inanmaq ağılsızlıqdır. Avropaya belə, var-dövlət daşımaq özünü aldatmaqdır. Bu ölkələrlə mehriban qonşuluğumuzu davam etdirməklə bərabər, sayıqlığımızı heç vaxt itirməməliyik.

Eyni zamanda, xarici düşmənlərin ölkəmizə gizli müdaxiləsini bir an olsun belə, yaddan çıxarmaq olmaz. Birdəfəlik dərk etmək lazımdır ki, indiyədək ölkəmizdə baş vermiş bütün qanlı hadisələrin təşkilatçıları bir tərəfdən xarici düşməndirsə,  digər günahkarları  rüşvətxor, korrupsioner, həddini aşan, yaramaz hərəkətləri ilə xalqı dövlətdən narazı salan bəzi üzdənirqa məmurlardır. Ölkə Prezidenti cənab İlham Əliyevin bütün tədbirlərdə, toplantılarda və müşavirələrdə məmurları ciddi tənqid etməsi, rüşvətxorluq və korrupsiya kimi, çirkin əməllərə son qoyulmalarını tələb etməsi heç də təsadüfi deyil.

Rüşvətxor o canilərdəndir ki, o, vampirlər kimi, öz murdar əməlini həyata keçirib, xalqın qanını sormasalar, dura, dayana bilməzlər! Prezidentin çıxışlarını dinləyib, onun məmurlar qarşısında rüşvətxorluq və korrupsiyadan əl çəkmək və xalqla münasibətlərin yüksək səviyyədə qurulması barədə qoyduğu tələblərin yerinə yetirilməsi belə məlunlara görə, hələ də tam həllini tapmır. Bəzi məmurlar sanki “iş prinsiplərini” – oğurluğu, quldurluğu tərgitmək istəmirlər. İllər ötür, hər şey dəyişir, bütün dünyada tələblər dəyişib. Amma vəzifəsində qalmaqda davam edən bəzi məmurlar hələ də tamahlarına ilişib onillər bundan əvvəlki səviyyədə qalıblar. Soyğunçuluq, talançılıq kimi əməllərin bütün dövrlərdə insan əxlaqı ilə bir yerə sığmayan cinayət əməli kimi qiymətləndirildiyini utudublar!..

Son zamanlar mətbuatda vəzifədə olan və çıxarılmış nazirlərin xaricdəki var-dövləti haqqında silsilə yazılar gedir. Bu adamların sayı o qədər çoxdur ki, onların adlarını və soyadlarını bir yazıda qeyd etmək mümkün deyil. Həmin yazılar əsasında apardığımız təhlil nəticəsində ölkədən yüz milyardlarla dövlət vəsaitlərinin oğurlanıb çıxarıldığını və dünyanın bir çox ölkələrinin banklarına yerləşdirildiyini müəyyən etmişik. Bu qədər böyük həcmli pulların ölkədən çıxarılması prosesini diqqətlə nəzərdən keçirəndə, adam həddindən çox pessimizmə qapılır və dövlətimizin vəhşicəsinə talan edilməsinə ürək ağrısı ilə yanaşır. Belə təsəvvür yaranır ki, ölkəmizin sərhədləri, onun giriş və çıxış qapıları sanki sahibsizdir! Açıq desəm, bu qədər sərvətlərinin oğurlanmasına tab gətirib dayanmaq hər xalqın işi deyil! Amma xalqımız məmur talançılığının ən şiddətli mənzərəsini hələ ki, seyr edir və düşünür!..

Zaman sübut edib ki, məmurlar istənilən ölkənin siyasi simasıdır. Onların etdikləri hər bir səhv dövlətin əsaslarını sarsıdır. Tarixin böyük dərslərindən xəbəri olanlar yaxşı bilirlər ki, məmurun səhvi ilə adi insanın eyni səhvi oxşar qiymətləndirilə bilməz. Azərbaycanda məmur adı daşıyan hər kəsə inamsızlıq və şübhə var. Ölkə vətəndaşının məmuru özünün ən qəddar düşməni hesab etməsi vətəndaşın günahı deyil, birbaşa məmurların fəaliyyət və davranışlarının məhsuludur. Atalar “özü yıxılan ağlamaz” deyib. Məmurlar da inamsızlığı özləri qazanıblar. Güman edirəm ki, xalqın onlara bəslədiyi mənfi münasibəti də özləri qazanıblar və hiss olunur ki, bundan zərrəcə peşiman deyillər.

Amma peşimançılıq lap sonda olacaq ki, onun da faydası olmayacaq!..

 Röyal Əsədli

0.22497892379761