Fransızların «erməni bacıları»na 24 aprel hədiyyəsi Erməni kökənli E.Markon sərsəm addım

 

Mübariz Əhmədoğlu:

"Fransa prezidentinin indi erməni məsələsinə qayıtması ermənipərəstlikdən daha çox onun anti-Türkiyə siyasətidir"

Mübariz Əhmədoğlu ile ilgili görsel sonucu

 

Qabil Hüseyinli:

"Makron, təkcə Fransada deyil, bütün dünyada siyasi avantüris kimi tanınır"

Qabil Hüseyinli: ile ilgili görsel sonucu

 

Mehmet Perinçek:

"Ermənilər dünyada biabır olmaqdan qorxurlar, çünki onların dini və ictimayi xadimləri, liderləri, ağsaqqalları, uşaqları, qadınları vətəndaşı olduqları dövləti satıblar, çar Rusiyasının agenti olublar"

Mehmet Perinçek ile ilgili görsel sonucu

 

 Hər il aprel ayında dünyadakı erməni lobbisi və diaspor təşkilatları daha da fəallaşaraq, qondarma "erməni soyqırımı" ilə bağlı müxtəlif kampaniyalara, tədbirlərə start verirlər. Məqsəd isə tarixdə baş verməyən bir hadisədən istifadə edərək Türkiyə əleyhinə kampaniya aparmaqdır. Bu məsələdə "öndə" gedən ölkələrdən biri də Fransadır.

Bu ildən etibarən aprel ayının 24-ü hər il Fransada «milli erməni soyqrımının yad edilməsi günü» kimi qeyd olunacaq. Bu sözləri Fransanın Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) təşkil etdiyi ziyafətdə çıxış edən Fransa prezidenti Emmanuel Makron deyib. O bildirib ki, 24 apreldə Fransada "erməni soyqırımı"nın milli anım günü  keçiriləcək.

Qeyd edək ki, bu gün Türkiyə hökuməti Ermənistan və digər erməni məsələsi ilə əlaqəli olan bütün dövlətlərə arxivləri açmağı, birgə komissya təşkil edərək məsələni araşdırmağı təklif edir. Lakin Rusiyadan başqa heç bir hökumət Türkiyənin təklifini qəbul edib, arxivləri açmağa və tarixçilərdən ibarət araşdırma qrupu yaratmağa təşəbbüs göstərmir. Məsələ ilə əlaqədar 20 ilə yaxın Rusiyanın müxtəlif arxivlərində araşdırma aparan türk tarixçisi Mehmet Perinçek Rusiyanın «CBC»  televizyasına verdiyi müsahibədə vurğulayır ki, Ermənistan təkcə ona görə arxivləri açmaqdan qorxmur ki, "erməni soyqırımı" yalandır, belə bir hadisə olmayıb. Ermənilər dünyada biabır olmaqdan qorxurlar, çünki onların dini və ictimai xadimləri, liderləri, ağsaqqalları, uşaqları, qadınları vətəndaşı olduqları dövləti-Osmanlı dövlətini satıblar, çar Rusiyasının agenti olublar. Tarixçinin Rusiya arxivlərində apardığı araşdırmalar əsasında yazdığı "Erməni məsələsi 120 sənəddə" kitabında irəli sürdüyü fikirləri tarixi sənədlərlə sübut edib.

Məsələ ilə bağlı bizimlə söhbəti zamanı politoloq Mübariz Əhmədoğlu bildirdi ki, 10 il əvvəl, Rəcəb Tayyib Ərdoğan hələ Türkiyənin baş naziri olan vaxt Türkiyənin bütün arxivlərini açdı və bütün dünya alimlərini, o cümlədən də erməni alimlərini araşdırma üçün dəvət etdi - gəlin, araşdırın görək belə bir fakt tarixi əsaslarla təsdiqlənir, yoxsa yox: "Ermənilər Ərdoğanın bu təklifinə etiraz etdilər, dünyanın hansı guşəsində erməni varsa, bu təklifə qarşı mübarizə apardı, siyasi don geyindirməyə çalışdılar. Ona görə ki, arxivlərdə olan tarixi sənədlər ermənilərin iddia etdiyi uydurma soyqırımını təsdiq etmir. Tarixi sənədlərə əsasən təsdiq edilir ki, həmin dovrdə Osmanlı imperiyası Rusiya ilə müharibə etdiyi dövrdə cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan ermənilər Osmanlı dövlətinin təəbəsi (vətəndaşı) olduğu halda, rusların xeyrinə cəsusluq edərək, türklərə xəyanət ediblər. Osmanlı dövləti dəfələrlə ermənilərlə rusların danışıqlarını tutub və erməni başbilənlərinin qarşısına fakt qoyublar ki, siz Osmanlı ərazilərində yaşayaraq ruslara işləyirsiniz. Arxiv materialları da, məhz bu faktları təsdiqləyir. Ermənilərin göstərdikləri rəqəmlər də faktlara söykənmir, idda edilir ki, o vaxt 1,5 milyon erməni öldürülüb. Amma həmin dövrə aid statistika göstərir ki, o zaman Osmanlı imperiyasında, ümumiyyətlə bu qədər erməni yaşamayıb. Bununla yanaşı müzakirə edilən dövrdə erməni xəyanatı nəticəsində çoxsaylı türklər qətlə yetirilib. Məhz bu səbəbdən də, Ermənistan arxivlərin açılmasına razı olmadı. Ermənistan, yalnız "erməni soyqırımı"nı aksioma (tərifsiz qəbul edilən anlayışlar) kimi qəbul edən dövlətlərlə bu barədə danışmağa razıdır. Bunlar tarixi faktlardır.

Fransa prezidentinin indi erməni məsələsinə qayıtması, ermənipərəstlikdən daha çox onun anti-Türkiyə siyasətidir. Sarkozinin də, Olandın da dövründə erməni məsələsi zaman-zaman aktuallaşıb, Türkiyə mövqe ortaya qoyan kimi, proses dayandırılıb. Amma Makron prosesi dayandırmadı, onu bir qədər də inkişaf etdirdi. Çünki Türkiyə ilə həm ABŞ-ın, həm də bir sıra Avropa dövlətləri arasında müəyyən narazılıqlar var. Digər tərəfdən Makronun özünün prezident kimi vəziyyəti gərgindir. O, çox cılız və aciz prezidentdir, vaxtı ilə vətəndaşlara vəd verib, indi isə yerinə yetirə bilmir. Fransada Makronun acizliyi və bacarıqsızlığı hesabına yaranan "sarı jiletlilər" hərəkatı həm Merkel, həm də Tramp dəstəklədi və bunu demokratiya nümunəsi adlandırdılar. İndi Makrona ABŞ və Almaniya liderinin rəğbətini qazanmaq vacib lazımdır. O, belə hesab edir ki, ABŞ və Almaniyanın diqqətini cəlb etmək üçün ən yaxşı addım anti-Türkiyə mövqei nümayiş etdirməkdir. Yalnız bu səbəbdən Makron özünü vəziyyətdən çıxarmaq üçün heç bir tarixi əsası olmayan "erməni soyqırımı"na müraciət etdi".

Politoloq Qabil Hüseyinli Emmanuel Makronun bu addımını siyasi avantüra adlandırdı: "Makron təkcə Fransada deyil, bütün dünyada siyasi avantüris kimi tanınır. O, Fransada yaşayan bir ovuc erməninin səsini qazanmaq naminə belə bir əcaib addım atdı. Fransaya dəxli olmayan, tarixi sənədlərlə sübut edilməyən, əslində baş verməyən, uydurulma bir hadisəni ölkədə "erməni soyqırımı"nın anım günü kimi elan etdi. Bu çox yaramaz, əsassız və tarixi faktlara söykənməyən, sözün əsil mənasında millətlər arasında dözümsüzlüyə və qarşıdurmaya səbəb olan bir addımdır. Lakin Fransa yaddan çıxarmamalıdır ki, onun müstəmləkəçiliyi dövründa - 1962-63-cü illərdə Əlcəzairdə bir milyona yaxın ərəbi qanına qəltan etməsi, hələ də  yaddaşlardan silinməyib. Əsil soyqırım odur, hazırda bu soyqırımın video-görüntüləri də, sənədləri də, hətta şahidləri də var. Əlcəzar Fransanın ərəbləri soyqırıma məruz qoyması barədə qərar qəbul edib. Çox təəssüflər olsun ki, bu hələ dünya tərəfindən tanınmayıb. Soyqırım hər hansı bir soyun, etonsun kökünü kəsməyə yönəlik məqsədyönlü irimiqyaslı əməliyyatdır. 1915-ci ildə isə ermənilər Osmanlı imperiyasına xəyanətə görə, yaşadıqları yerdən imperiyanın başqa ərazilərinə köçürülüblər. Bu köçürmə zamanı əhali arasında aclıqdan, xəstəlikdən və quldur dəstələrinin hücumundan ölənlər olub. Qeyd etdiyim qurdur dəstələri türklər deyil, kürdlər olub. Həmin vaxt həlak olan erməni əhalisinin sayı 170 min nəfərə yaxın olub. Fransa isə cəmi 55 il əvvəl Əlcəzairdə bir milyon ərəbi qətlə yetirib, Makron bu həqiqi soyqırımı tanımalı, zərərçəkmişlərə təzminat ödəməlidir, lakin ondan boyun qaçırır.

İndiki qərarın səbəbinə gəldikdə isə Fransada ermənilərə qarşı münasibət yüksək səviyyədədir, onları qardaş adlandırırlar (Lakin Sarkozi Bakıda olarkən erməniləri fıransızların bacısı adlandırmışdı. A.N.).

2001-ci ildə fransa parlamenti "erməni soyqırımı"nı tanıdı. Daha sonra parlament belə bir qərar qəbul etdi ki, Fransa ərazisində "erməni soyqırımı"nı qəbul etməyən və yaxud onun əleyhinə çıxış edən adamlar cinayət məsuliyyətinə cəlb edilsin. Amma ölkənin konstitusiya məhkəməsi parlamentin qəbul etdiyi sonuncu qərarı ləbv etdi. Bu da Fransa hökumətinə ibrət olmadı. Bunun ardınca Türkiyə İşçi Partiyasının lideri Doğu Pərincək Avropa İnsan Haqları Məhkəməsində Fransa parlamentinin 2001-ci ildə "erməni soyqırımı" haqqında qəbul edilən qərardan şikayət etdi. Bir il çəkən proseslərdən sonra Avropa İnsan Haqları Məhkəməsi Doğu Pərincəkin şikayətini haqlı sayaraq Fransa parlamentinin "erməni soyqırımı" barədə iddialarını təkzib etdi. Bütün bu avantürist addımların nəticəsi fransızlara hələ də dərs olmur, onlar bu gün də erməni kartı ilə oynamağa çalışırlar".

Bütün sadalanan tarixi faktlara rəğmən hələ də dünyanın böyük dövlətləri qondarma erməni soyqırımına ikili standartlarla yanaşı, heç bir əsası olmayan, uydurma bir hekayəni BMT-nin üzvü olan 23 dövlət tanıyıb. Düzdür, onlardan bir neçəsi türk ictimai-siyasi xadimlərinin iddiaları əsasında ləğv edilib, amma ümid edirik ki, nə zamansa dünya dövlətləri reallıqları qəbul edərək bu yalandan siyasi divident götürməyə çalışan liderlərə əl yeri qoymayacaq.

Qeyri-rəsmi məlumatlara görə Markonun erməni sevgisi onun ata nənəsinin erməni kökənli olmasıyla bağlıdır.

 Akif Nəsirli

[email protected]

0.13952088356018