Sabiq deputat Dünyamin Xəlilovun məhkəməsində vəkillər çıxış edib

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərləri barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
D. Xəlilovun vəkili Elvin SəlimovAPA-ya açıqlamasında deyib ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə digər təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı ediblər. Onlar hüquqlarını müdafiə etdiyi şəxslərə bəraət istəyiblər. E. Səlimov növbəti prosesdə çıxış edəcəyini deyib. 
Proses noyabrın 14-ə təyin olunub. 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D. Xəlilov 13 il müddətində azadlıqdan məhrum edilib. İş üzrə Mənsur Zeynalov  5 il, Fərhad Əmiraslanov 4 il, Seyfulla Seyfullayev 5 il müddətinə azadlıqdan məhrum olunub və məhkəmə zalında həbs ediliblər. Şakir Musayev, Ruslan Əsgərov, Rauf Əliyev barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.
Bundan başqa, digər təqsirləndirilənlərlə birgə Dünyamin Xəlilovdan fərdi və müştərək qaydada 50 milyon manatdan çox vəsaitin tutularaq dövlət hesabına keçirilməsinə qərar verilib.
Xatırladaq ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

0.15578103065491