Ali Məhkəmə hakiminin dələduzluqda təqsirləndirilən qardaşının məhkəməsi başlayıb

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mahir Kərimovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

 APA-nın xəbərinə görə, iclasda prokuror ittiham aktını elan edib. Məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib.

 M. Kərimov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

 Hazırda məhkəmə istintaqı davam etdirilir.

 İttihama görə, M. Kərimov "Fateh-N" MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə satıb.

 O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə itiham olunur. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 Qeyd edək ki, M. Kərimov Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşıdır.

 Onu da əlavə edək ki, həmin şirkətin təsisçisi Ələsgər Ömərov bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib.

O, İTV-nin sabiq rəhbəri İsmayıl Ömərovun qardaşıdır.

0.21856713294983