Elmar Məmmədyarov: “İraqda yüzdən çox azərbaycanlı qadın və uşaq var”

 

Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin noyabrın sonlarında görüşü razılaşdırılıb.

 

APA-nın məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

 E. Məmmədyarov deyib ki, görüş Bakıda keçiriləcək: "Bu ölkələr dünyada siyasi və iqtisadi nöqteyi-nəzərdən vacib oyunçulardır. Ona görə xarici işlər nazirləri səviyyəsində bütün çağırış və təhdidlərin, imkanların müzakirə olunması üçlü formatda müzakirəsi çox faydalıdır. Əgər ciddi təkliflər, məsələlər ortaya çıxarsa, üç ölkənin prezidentlərinin də görüşü mümkündür".

ATƏT-in Minsk qrupu həmsədrlərinin noyabr ayının ortalarında Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü nəzərdə tutulur.

 Bu barədə Azərbaycanın xarici işlər nazirləri Elmar Məmmədyarovbildirib.

 O, görüşün dəqiq tarixinin və yerinin isə hələlik müəyyənləşmədiyini deyib.

 E. Məmmədyarov qeyd edib ki, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilib-keçirilməyəcəyi isə həmsədrlərlə görüşdən sonra məlum olacaq.

“İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla Xarici İşlər Nazirliyi ilə bərabər Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğuldur”.

 Bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib. E. Məmmədyarov deyib ki, ilk növbədə İraq hökuməti ilə birgə həmin insanların bu ölkəyə necə getməsi, hansı işlə məşğul olmaları və gələcək taleləri müzakirə olunacaq: "Bu məsələ Bağdaddakı səfirliyimiz və konsulluğumuzun daimi diqqət mərkəzindədir. Bu məsələnin hər birinə fərdi qaydada baxılacaq. İstənilən insanı sadəcə, götürüb ölkəyə gəlmək olmaz. İlk növbədə müvafiq hüquqi məsələlər müəyyənləşdirilməlidir. İraqda 100-dən bir az çox qadın və uşaq var. Bir ay ərzində bu siyahı tam dəqiqləşəcək".

 

Qeyd edək ki, bir müddət əvvəl Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə tapılan 2 yaşlı Xədicə və 4 yaşlı Abdulla Bağdad sığınacağına yerləşdirilib. Uşaqların İŞİD-in nəzarətindəki ərazilərə valideynlərinin apardığı barədə məlumatlar yayılıb. Həmin ərazilər terrorçulardan təmizləndikdən sonra isə sahibsiz qalmış uşaqlar təhlükəsizlik qüvvələri tərəfindən İraqa aparılıb.

Bir müddət əvvəl Abdulla Azərbaycana gətirilərək, babasına təhvil verilib. 

0.20098495483398